Zəngəzur: Azərbaycan ‘’görüşə gəlməyib’’, Lavrov tərəflərə məsləhət təklif edir
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-da açın.
Bu gün Sünik ərazisindəki Qaragöl ətrafındakı gərginliklə əlaqədar Azərbaycan-Ermənistan sərhədində tərəflərin görüşü baş tutmayıb, Ermənistan Müdafiə Nazirliyi xəbər verir.
Qurum BBC News Azərbaycancaya verdiyi məlumatında bildirib ki, Azərbaycan ötən həftə əldə edilmiş razılığa əsasən bu gün saat 2-də nəzərdə tutulan danışıqlara gəlməyib.
Azərbaycanın Xarici İşlər və Müdafiə Nazirliklərindən bu barədə reaksiya almaq mümkün olmayıb.
Çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrov Qaragöl məsələsinin həlli üçün ölkəsi ya vasitəçi, ya da məsləhətçi olmaqla, Azərbaycan və Ermənistan ortaq komissiyasının yaradılmasını təklif edib.
Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığında da müzakirə edilib.
Bir neçə gündür ki, Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Qaragöl - Sevliç gölü yaxınlığında gərginlik yaşanır.
Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini bildirir.
Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.

Şəklin mənbəyi, Zəngəzur TV




