Dəvələrə görə aləm bir-birinə dəyib: "Gözlərinin içinə baxsan... heyvan gəlib səni qovalayır"

Şəklin mənbəyi, Rossiya 1
Rusiyanın cənubi Həştərxan vilayətində bir təqaüdçü, özünün dəvə sürüsünü ətrafdakı çöllərə buraxdıqdan sonra üç yerli kənddə "aləm bir-birinə dəyib".
Yerli rayon rəhbəri Natalya Butuzova TASS agentliyinə bildirib ki, 83 yaşlı Yuri Serebryakovun sürüsünə görə, sakinlər evlərini tərk etməyə qorxurlar. Onlar həmçinin uşaqlarını bayırda oynamağa buraxmağa da cürət etmirlər.
İndiyədək kəndlilərin çağırışları əsasən cavabsız qalıb, BBC Monitoring Xidmətinin məlumatında deyilir.
Həştərxan vilayət prokurorluğu sakinlərdən "kollektiv müraciət" aldığını təsdiqləyib, lakin hər hansı bir tədbir görülməzdən əvvəl bəzi yoxlanılacaq məqamların olduğunu bildirir.

Şəklin mənbəyi, Rossiya 1
Bu arada kənddə dolaşan 80 baş heyvan bəzi hasarları, su və hətta qaz boru kəmərlərini zədələyib və ya sındırıb.
Doğuşdan sonra bəzi dəvələr "həqiqətən aqressiv" olub, yerli sakin Yelena Baxtemyeva İnterfax agentliyinə bildirir.
"Gözlərinin içinə baxsan... heyvan gəlib səni qovalayır, belə ki, qaçmağa məcbursan."
25 ildir ki, dəvə sürüsü saxlayan Yuri Serebryakova əsasən, o yaşa dolduğuna görə artıq heyvanlara baxa bilmədiyi üçün onları sərbəst buraxmaq qərarına gəlib.
Kəndlilərin acınacaqlı durumu barədə xəbər hətta dövlət televiziyasının axşam efirinə yol tapıb, Rusiya mətbuatına istinadən BBC Monitoring-in hazırladığı xəbərdə deyilir.





