Azərbaycandan olan erməni qaçqınların azərbaycanlı qonşuları ilə bağlı xatirələri

    • Müəllif, Aleksey Manvelyan
    • Vəzifə, BBC News Azərbaycanca, Yerevan
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, burada izləyin.

Bakıda yaşamış yaşlı ermənilərin çoxu kimi Marqo Abramyan da bir az rusca, bir az Qarabağ ləhcəsində ermənicə danışır. Yəqin ki, bir az da Azərbaycan dilini bilir.

O, BBC News Azərbaycancaya deyir ki, Ermənistana "60 yaşında gəlib, artıq 90 yaşı var, hələ öz evi yoxdur. İstəyir ki, öz evi olsun. "Təmizləsin, bəzəsin və yaşasın".

Marqo Abramyan Ermənistana köçməzdən əvvəl əriylə Bakıda iki otaqlı mənzildə yaşayıb. Övladlarının da Bakıda ayrıca evləri olub.

"Erməni-azərbaycanlı davası" barədə deyir ki, barışığın olub-olmayacağını bilmir.

Ancaq bildirir ki, "azərbaycanlılarla xoş söz-söhbətlə, mehriban… dinc, rahat yaşayıblar".

" Xəstələnib, xəstəxanaya düşmüşdüm. Bu yanda azərbaycanlı qadın, bu yanda mən yatırdım. O, acıtərənin kökünü - qalın yerini qırıb özü yeyirdi, yumşaq yerini mənə verirdi ki, dişlərin yoxdur, sən ye".

"Mən istəyirəm sülh olsun, həm bizim üçün, həm də onlar üçün", - Marqo Abramyan danışır.

Digər bir Azərbaycandan Ermənistana getmiş Janna Mnatsakanova isə deyir ki, Bakıda 4-cü mikrorayonda yaşayıb, bağçada tərbiyəçi işləyib.

O da Bakıda yaşadığı son günlərin çətinliyini və azərbaycanlı tanışlarının alicənablığını xatırlayır.

Qarabağ konflicti, Dağlıq Qarabağ Nagorna-Karabakh
Şəklin alt yazısı, Marqo Abramyan, Azərbaycandan Ermənistana qaçqın getmiş qadın