Azərbaycanda ev təsərrüfatlarının 99,3 faizi günaşırı ət yeyir - Statistika Komitəsi
Azərbaycanda ev təsərrüfatlarının 99,3 faizi günaşırı ət yeyir - Statistika Komitəsi
Azərbaycanda ev təsərrüfatlarının 99,3 faizi günaşırı ət, balıq və ət məhsulları ilə qidalanır, yalnız 0,7 faizi bu imkandan məhrumdur, Dövlət Statistika Komitəsi açıqlayıb.
Bundan başqa, qurum açıqlayıb ki, Azərbaycanda ev təsərrüfatlarının 98,6 faizinin həkimin yazdığı dərmanları, tibbi ləvazimatlarını aptekdən almaq imkanı var.
Rəsmi statistikaya görə, həmçinin ev təsərrüfatlarının təxminən 97 faizi 300 manat məbləğində olan gözlənilməyən xərci başqasından borc almadan öz pulu ilə ödəmək imkanına sahibdir.



