Ukrayna Donetsk və Luhansk üçün "Ştaynmayer düsturu"na razılaşır

Volodymyr Zelensky

Ukrayna Donetsk və Luhanskda münaqişənin həlli üçün "Ştaynmayer düsturu"na razılaşır.

ATƏT, Rusiya və Ukraynanı təmsil üdən nümayəndələrin Minskdə keçirilən görüşdə bu düsturla bağlı razılıq əldə olunub.

Bu düsturla razılaşmadan Moskva Vladimir Putin və Volodymyr Zelensky-nin "norman dördlüyü" formatında görüşməyinin mümkün olmadığını düşünürdü.

Təcili brifinqdə prezident Zelensky düsturun razılaşdırılmasını təsdiqləyib.

Tanınmamış "Luhansk Xalq Respublikası" (LXR) nümayəndə heyətinin üzvü Rodion Miroshnik jurnalistlərə deyib ki, "bəli, bir forma var."

Onun sözlərinə görə, yeni məhbus mübadiləsi məsələsi hələ həll olunmayıb.

"Ştaynmayer düsturu" nə deməkdir?

Ştaynmayer düsturu Ukraynada tanınmamış DXR və LXR tərəfindən nəzarət olunan ərazilərin xüsusi statusu haqqında bir qanunun qüvvəyə minməsini nəzərdə tutur, bu da ATƏT tərəfindən dürüst və azad olaraq qəbul edilməlidir.

Düstur Almaniyanın keçmiş xarici işlər naziri, hazırda ölkənin prezidenti olan Frank-Walter Steinmeier tərəfindən hazırlanıb.

O, Kiyevin nəzarətində olmayan Donbasın bir hissəsinin keçiriləcək seçkilər müddətinə Ukrayna qanunlarına əsasən müvəqqəti xüsusi status almasını təklif edib.

ATƏT bu seçkiləri ədalətli və azad hesab edərsə, Donbassın xüsusi statusu haqqında qanun qüvvəyə minməli və davamlı olaraq fəaliyyət göstərməlidir.

Güman edilirdi ki, bu, Minsk razılaşmalarının icrasını və Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə qaldırılmasını sürətləndirməlidir.

Bu fikir ilk dəfə 2015-ci ildə müzakirə edilib, lakin heç vaxt hər kəs üçün vahid sənəd formatına salınmayıb. Bu səbəbdən də tərəflər bunu fərqli şərh edirdilər və indiyə qədər sövdələşmə ilə bağlı hələ də razılığa gəlinməyib.

Zelensky brifinqdə deyib ki, xüsusi status haqqında müvəqqəti qanun Ukraynanın konstitusiyasına və qanunlarına, o cümlədən ATƏT-in standartlarına uyğun keçiriləcəyi təqdirdə "davamlı olaraq fəaliyyət göstərməyə başlayacaq".

"Sərhəd bizim olmalıdır", Zelensky əlavə edib.

Zelenskiy: "Silah varsa, seçki yoxdur"

Keçirdiyi brifinqdə üçtərəfli qrupun Minskdəki görüşü barədə danışarkən Zelenskiy əvvəlcə əsirlərin dəyişdirilməsi məsələsindən başlayıb. O, səlahiyyətlilərin bütün vətəndaşları azad etmək üçün səylərini davam etdirdiyini bildirib.

Ukrayna prezidenti ikinci mübahisəli bir məsələnin- yəni Petrovski və Zolotoydan qüvvələrin çıxarılmasının da razılaşdırıldığı barədə danışıb.

Üçüncü məsələ isə Putinin iştirakı ilə sammitdir.

"Norman dördlüyünün görüşü üçün mövcud maneələr aradan qaldırılıb. Yaxın günlərdə tarixləri biləcəyik," deyən Zelensky həm də "Ştaynmayer düsturu"nun Kiyev tərəfindən razılaşdırıldığını (lakin imzalanmadığını) bildirib.

Ukrayna prezidenti bunu "son həftələrin ən böyük dəhşət hekayəsi" adlandırıb.

"Silah nişanında heç bir seçki olmayacaq. Biz bütün qoruyucuları hazırlayacağıq. Hərbçilər varsa, biz sizinlə heç vaxt seçkiyə getməyəcəyik," Zelensky deyib.