Özbəkistan: rəsmilərin şəxsiyyət vəsiqələrində ailə üzvlərinin şəkilləri olacaq

Sample identity card from the Bukhara Tax Service

Şəklin mənbəyi, Bukhara State Tax Service

Şəklin alt yazısı, Yeni vəsiqələr sosial şəbəkələrdə lağa qoyulub.
    • Müəllif, Dünya xəbərləri medianın gözü ilə
    • Vəzifə, BBC Monitoring

Özbəkistanda vergi rəsmilərinə ailə üzvlərinin şəkillərini təsvir edən yeni şəxsiyyət vəsiqələri veriləcək, xəbərlərdə deyilir.

Ölkənin cənub-qərbindəki Buxara vilayətinin Dövlət Vergi Xidmətinin müdiriyyəti verdiyi qərarın məqsədinin rəsmilərə evlərində onları ailələri gözlədiyini xatırlatmaq olduğunu deyib.

Müdiriyyət düşünür ki, işçilər xidmətin nüfuzuna xələl gətirəcək bir hərəkətə yol verməzdən öncə, şəkillərə baxacaqlar və belə hərəkətdən imtina edəcəklər, Kuz.uz saytı bildirib.

Onu daşıyanları korrupsiya fikirlərindən uzaq saxlamaqla yanaşı, şəxsiyyət vəsiqələrinin digər məqsədi Özbəkistan prezidenti Şavkat Mirziyoyevin vergi xidmətini təkmilləşdirmək və toplanan vergiləri artırmaq kampaniyası çərçivəsində vergi ödəyicilərilə vergi toplayanlar arasında mövcud olan tərəfdaşlığı xatırlatmaqdır.

Lakin bu təşəbbüs Özbəkistanda sosial şəbəkələrdə lağa qoyulub. Fergana xəbər saytının məlumatına görə, sosial şəbəkə istifadəçiləri yeni vəsiqələri "axmaq" adlandıraraq korrupsiya ilə mübarizədə faydasız olduğunu deyiblər.

Digərləri hətta bu təşəbbüsün Özbəkistanın məlumatların qorunması qanunlarına ziddiyətli olduğunu iddia ediblər.

President of Uzbekistan Shavkat Mirziyoyev (R) and his wife Ziraat Mirziyoyev (L)

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Burada yoldaşı Ziraat Mirziyoyevlə görünən prezident Şavkat Mirziyoyev son zamanlar ailənin əhəmiyyətini xüsusilə vurğulayır.

Bazar günü istirahətdə

Eyni zamanda prezident Mirziyoyev həmçinin bəyan edib ki, dövlət qulluqçuları bundan sonra bazar günlərini işdə yox, ailələri ilə keçirəcəklər.

Gazeta.uz saytı yazıb ki, bundan sonra dövlət qulluqçularının şənbə günləri saat 5-dən sonra evə getmələri və bazar günləri dincəlmələri gözlənilir. Bundan əvvəl, özbəkistanlı dövlət qulluqçuları həftənin hər günü, bəzən gecə saatlarına qədər işləyirdilər.

Lakin xəbərdə həmçinin bildirilir ki, prezident Mirziyoyev bu dəyişiklərə baxmayaraq, dövlət qulluqçularının işdəki öhdəliklərini yeni şəraitdə də tamamilə yerinə yetirmələrinin tələb edildiyini də vurğulayıb.

Müxbir - Alistair Coleman