Özbək telekanalı filmdəki yataq səhnəsinə görə üzr istəyib

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Dünya xəbərləri medianın gözü ilə
- Vəzifə, BBC Monitoring
Özbəkistanda televiziya kanalı Hollywood filmində yataq səhnəsinin efirə getdiyinə görə tamaşaçılardan üzr istəyib.
Sevimli TV adlı özəl telekanal I Feel Pretty adlı komediya filminin senzura olunmamış 2018-ci il versiyasının televiziya ekranlarında nümayiş etdirilnməsinə görə teleauditoriyadan üzr istəyib, CA News xəbər verib.
Həmin filmdə əsas rolun ifaçısı aktrisa Amy Schumer-in yataqda kişi rolunun ifaçısı ilə ədəbsiz səhnələri göstərilib, CA News qeyd edib.
Sevimli TV həmin səhnələrin filmdən kəsilməmisini "texniki qüsur" adlandırıb.
Özbəkistan televiziyasında nümayiş etdirilən filmlər tez-tez senzuraya məruz qalır.
Kanalı üzr istəməyə məcbur etmək tələbilə keçirilən kampaniya bəyan edib ki, yataq səhnəsinin nümayişi "Özbək mentalitetinə ziddir" və "xalqın mənəviyyatını tapdalayır".
Sevimli TV bildirib ki, "mənəviyyatsız səhnənin" efirə getməsinə görə məsuliyyət daşıyan bütün əməkdaşlar işdən azad ediliblər.
Telekanal gələcəkdə bu cür məsələdə daha diqqətli olacağına söz verib.





