Kim Jong-un və Sergey Lavrovun görüşündəki "təbəssümlər"

Screen shot of Kim Jong-un shaking hands with Sergey Lavrov

Şəklin mənbəyi, Russia-1 TV

Şəklin alt yazısı, Rossiya 1 telekanalında paylaşılan və mübahisəyə səbəb olan şəkil
    • Müəllif, Sherie Ryder, BBC UGC və Social News
    • Vəzifə, və BBC Monitoring-dən Yaroslava Kiryukhina və Francis Scarr

Mayın 31-i Pxenyanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Şimali Koreya lideri Kim Jong-un görüş anı otaqda yalnız ən yaxşı şəkli çəkməyə səy göstərən fotoqrafların kameralarının şıqqıltısını eşitmək mümkün idi.

Şimali Koreya televiziyasında yayımlanan görüş Rusiyanın xarici işlər nazirliyi tərəfindən də Youtube-da paylaşılmışdı.

Lakin Rusiyanın Rossiya 1 telekanalında yayımlanan bir şəkil xüsusi marağa səbəb olub. Bu şəkildə cənab Kim-in gülümsədiyi görünür, baxmayaraq ki, tədbirdə çəkilən digər şəkillərdə və videolarda onun üzündə təbəssüm görünmür.

line

Həmçinin oxuyun:

line

Bu isə Rusiyada sosial şəbəkələrin istifadəçilərinin böyük diqqətinə səbəb olub. Onların bir neçəsi telekanalı şəkli redaktə edərək cənab Kim-in üzünə saxta təbəssüm əlavə etməkdə təqsirləndirib.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Rusiyada müxalifət fiquru İlya Yaşin şəkil barədə paylaşımında deyib: "Onlar bunu qaşqabaqlı Şimali Koreya diktatoru ilə sınaqdan keçirirlər, lakin sabah onlar bizim hamımızı xoşbəxt edəcəklər. Rusiyalılar qiymətlərin və kommunal xidmətlərin artımını və oliqarxlara subsidiyaların artımını gülərüzlə qarşılayacaqlar."

Buna baxmayaraq, The Economist jurnalı tərəfindən Rusiyanın "baş təbliğatçısı" adlandırılan Rossiya 1 aparıcısı Dmitri Kiselyov Govorit Moskva radiosunun sualına cavabında şəklin redaktə olunmadığını israr edib.

"Əlbəttə yox. Onlar həmişə şəkilləri yüksək sürətlə çəkirlər. Ona görə də üzlərdəki ifadələr fərqlənir", o deyib.

Rusiyanın Vktontake sosial şəbəkəsinin bəzi istifadəçiləri isə zarafat edərək redaktə etdikləri şəkilləri paylaşıblar.

Bir nəfər hətta Kim Jong-un-la ABŞ-lı televiziya ulduzu Kim Kardashian-ın şəklini redaktə ilə birləşdirib, və "biz bu şəkli daha rəsmi etməyə çalışdıq" şərhilə paylaşıb.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2