Kim Jong-un Cənubi Koreyadadır

Şəklin mənbəyi, Getty Images
Ağ Ev, danışıqların sülh və rifaha doğru irəliləyişə aparacağına ümid etdiyini deyib.
Koreya zirvəsi, cənab Kim ilə ABŞ prezidenti Trump arasında gözlənilən görüşdən əvvəl keçirilir. İndiyədək heç bir ABŞ prezidenti Şimali Koreya prezidenti ilə görüşməyib.
Danışıqların əsas mərkəzi
Danışıqlarda əsas diqqət Şimali Koreyanın mübahisəli nüvə proqramına yönələcək.
Seul danışıqların "çətin" olacağını deyib.
Şimali Koreyanın nüvə və raket texnologiyası on ildən çox əvvəl keçirilən sonuncu zirvə toplantısından bu yana əhəmiyyətli dərəcədə təkmilləşib.
Bu görüş - oxşar zirvə toplantıları 2000 və 2007-ci illərdə olmuşdu - aylar boyunca münasibətlərin yaxşılaşdırılması cəhdlərinin nəticəsidir.
Cənab Kim ötən həftə nüvə silahı sınağını dayandıracağını açıqlamışdı. Bu addım ABŞ və Cənubi Koreya tərəfindən müsbət qarşılanmışdı.
Bu gün nə baş verir?
Cədvəldən tutmuş nahar menyusuna qədər hər şey dəqiqliklə planlaşdırılmışdı.
Günorta tədbirlərindən sonra liderlər "sülh və firəvanlıq" simvolu kimi hər iki ölkədən gətirilən torpaq və su ilə şam ağacı əkəcək.
Zirvə toplantısı banketdən əvvəl liderlərin saziş imzalaması və bigə bəyanatı ilə sonlanacaq.
Tarixi zirvə toplantısından sonra Şimali və Cənubi Koreya liderləri yarımadanı nüvə silahından azad etməyə razılığa gəliblər.
Bu haqda açıqlama liderlərin sərhəddə danışıqlarından sonra verilib.
İki tərəf də bu il 1953-cü ildə Koreya Müharibəsinə son verən atəşkəs istiqamətində irəliləməyə razılığa gəliblər.
Bütün bunlar Şimali Koreyanın bir neçə ay əvvəl "döyüşkən ritorikalarından" sonra baş veir.
Nüvəsizləşdirilmənin məlumatları açıqlanmayıb və bir çox analitiklər Şimali Koreyanın danışıqlarda canfəşanlığına şübhəli qalmaqda davam edir.
Kim Jong-un hər iki tərəfin yaxından əməkəkdaşlığa razılaşdığını deyib.

Şəklin mənbəyi, Reuters
Kim Jong-Un 1953-cü ildə Koreya müharibəsindən sonra yarımadanı ayırmaqda olan hərbi xətti keçən ilk Şimali Koreya lideridir.
Simvolizm və təntənə ilə zəngin olan görüş anında Cənubi Koreya lideri Moon Jae-in və cənab Kim sərhəddə əl sıxıblar.
Cənab Kim isti açılış mübadiləsində "səmimi" müzakirələrə ümid etdiyini söyləyib.
Bir neçə ay əvvələ qədər Şimali Koreyanın davranışı müharibə xarakterli idi, lakin indi onlar sülh müqaviləsini və nüvə silahlarını müzakirə edə bilərlər.
Zirvə görüşündə müzakirə ediləcək məsələlərin çoxu əvvəlcədən razılaşdırılmışdı, lakin bir çox analitiklər Şimal tərəfinin iştirak üçün göstərdiyi coşquya şübhə ilə baxırlar.
Planlaşdırılmamış an
Liderlərin sərhəddə əl sıxışması anında bütün Cənubi Koreya donub qalmışdı.
Auditoriya cənab Kimin Cənubi Koreya prezidentini iki ölkəni ayıran xətti keçməyə dəvət etməsini təəccüblə izləyiblər.
Bu, görünür hadisələrin son dərəcə xoreoqraflaşdırılmış ardıcıllığında planlaşdırılmamış an idi.
"Yeni tarix" başlayır
Liderlər Cənubi Koreya tərəfində ənənəvi kostyumda olan şərəf qarovulları tərəfindən qarşılanıb.
Daha sonra isə iki ölkə arasında silahsızlaşdırılmış bölgə olan Panmunjomda Sülh Evinə yollanıblar.
"Yeni tarix indi başlayır - tarixin başlanğıc nöqtəsində və sülh dövründə", - deyə cənab Kim qonaq kitabında yazıb.
Yığıncağın ağırlığı da - Koreya liderləri arasında onillikdən çox dövrdə ilk dəfə - yüngül anlarla vurğulanıb. Cənab Kim Şimali Koreyanın məşhur soyuq əriştələrinin görüşə gətirilməsini zarafata çevirib.
"Ümid edirəm ki, gətirdiyimiz əriştələrdən çox məmnun olacaqsınız", - o deyib.





