Şimali Koreya lideri Kim Jong-Un-a İsveçrə yeməyi

rösti

Şəklin mənbəyi, The Blue House

Şəklin alt yazısı, Cənab Kim-in yeyəcəyi kartof yeməyinin adı "rösti"dir.

Şimali və Cənubi Koreya liderlərinin sammitində Kim Jong-Un-a naharda universitet günlərini xatırlatmaq naminə İsveçrə mətbəxinin incisi - kartofundan hazırlanmış "rösti" veriləcək.

Cənab Kim-in İsveçrədə təhsil aldığı deyilir, hərçənd ki, özü bunu heç vaxt təsdiq etməyib.

Naharda Cənubi Koreya lideri Moon Jae-In də unudulmayıb. Ona da doğma şəhəri Busan-ı xatırlasın deyə balıq yeməyi veriləcək.

Cümə günü keçiriləcək sammitdə Şimali və Cənubi Koreya liderləri 2007-ci ildən sonra ilk dəfə görüşəcək.

Cənubi Koreyada keçiriləcək görüşdə yeməklər hər iki ölkənin mətbəxinə aid olacaq.

balıq yeməyi

Şəklin mənbəyi, The Blue House

Şəklin alt yazısı, Cənubi Koreya lideri Moon Jae-In-ə doğma şəhəri Busan-da məşhur olan balıq yeməyi veriləcək.

Şimala aid soyuq əriştə yeməyi iki Koreya arasındakı neytral zonada bişiriləcək.

Cənab Kim-in yeyəcəyi kartof yeməyinin adı "rösti"dir.

Bu sammit Şimali Koreyanın nüvə silahı proqramı inkişaf etdirdiyi bir vaxtda diplomatik cəhdlərin nəticəsidir.

Seul bundan əvvəl də məşhur qonaqlarına hazırladığı nahara siyasi bucaqdan yanaşıb.

2017-ci ildə ABŞ prezidenti Donald Trump-a verilən xərçənglər Yaponiya və Cənubi Koreya arasındakı mübahisəli adaların yaxınlığındakı dənizdən tutulmuşdu.