Ukrayna: Putinə qarşı "sui-qəsd hazırlayan" şəxs yaralanıb, onun xanımı isə ölüb

Volunteer fighter Amina Okuyeva cleans her assault rifle. Photo: July 2014

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Rusiyapərəst üsyançılara qarşı vuruşduğu üçün Amina Okuyeva Ukraynada qəhrəman statusuna sahib idi.

Rusiya prezidentinə sui-qəsd hazırlamaqda ittiham edilmiş çeçenistanlı şəxs Kiyev yaxınlığında pusquya düşdükdən sonra xəsarət alıb, onunla maşında olan xanımı həlak olub.

Cütlüyün maşını Hlevaxa kəndi yaxınlığında gülləbaran edilib.

Ayağından yaralanmış Adam Osmayev deyib ki, xanımı Amina Okueyva açılan atəşlə başından vurularaq ölüb.

Ukrayna rəsmiləri hadisə arxasında Rusiyanın əli olduğundan şübhə edirlər.

Rusiyapərəst üsyançılara qarşı vuruşduğu üçün Amina Okuyeva Ukraynada qəhrəman statusuna sahib idi.

Adam Osmayev və Amina Okueyva (arxiv)

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Adam Osmayev və Amina Okuyeva (arxiv)
Maşın

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Cütlüyün maşını Hlevaxa kəndi yaxınlığında gülləbaran edilib.

.