Krım-tatar lideri "Azərbaycanın dəstəyindən" danışır
Krım tatarlarının lideri (Məclisin sədri) beynəlxalq ictimaiyyəti ilhaq edilmiş Krımdakı tatarlara qarşı “repressiyaları” unutmamağa çağırıb.
BBC Azərbaycanca ilə müsahibəsində Refat Çubarov deyib ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü tanıması “böyük dəstəkdir”.
Krıma girişi qadağan edilmiş Krım tatarları Məclisinin sədri iddia edir ki, Krım ilhaq edildiyi iki il ərzində qorxu və zülm bölgəsinə çevrilib və Krım tatarlarının insan haqları davamlı şəkildə pozulur.
Siyasətçi ilə BBC Azərbaycanca müxbiri Elçin Süleymanov söhbət edib.