Ermənistan öz hərbçisinin ələ keçirilməsini təkzib edir

Şəklin mənbəyi, Getty Images
Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat əməliyyatı cəhdi və hərbçisinin əsir düşməsi haqqında Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edir.
Azərbaycan Müdafiə Nazirliyi iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunlarının təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərdiyini bildirir.
"Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib", - Azərbaycan MN məlumatında deyilir.
Müdafiə Nazirliyi təxribat qrupunun bir üzvünün ələ keçirildiyini bildirir.

Həmçinin oxuyun:

"Ermənistan Silahlı Qüvvələri heç bir diversiya cəhdi etməyib, hərbçilər arasında itki də yoxdur", - Ermənistan MN mətbuat katibi Artsrun Hovhannisyan Facebook sosial şəbəkəsində yazıb.
Tanınmamış "Dağlıq Qarabağ hərbi rəhbərliyi" də öz bəyanatında "heç bir diversiya-kəşfiyyat əməliyyatı" keçirilmədiyini bildirir və yayılmış məlumatı qarşı tərəfin "virtual reallıqda özünə daha bir qələbə yazmaq cəhdi" adlandırır.



