Türkiyə: müxalifət lideri Kılıçdaroğlu etiraz yürüşünə sabah davam edəcək

Kılıçdaroğlu

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kılıçdaroğlu yürüşün ilk mərhələsini həyata keçirib

Türkiyədə müxalifət lideri Kemal Kılıçdaroğlu Ankaradan İstanbula qədər keçirdikləri "Ədalət yürüşünü" bu gecəlik dayandırıb.

İlk mərhələni tamamlayan Kılıçdaroğlu deyib:

"Demokratiyanı dünyaya anlada bilməzlər, dünyada bilinən gerçək - Türkiyədə demokratiyanın olmamasıdır."

"Əlbəttə, bu yürüşümüz bir şənlikdir. Əslində ədalət axtarırıq, narahat deyilik. Bir şənlik havası, bahar havası içində yürüşümüzü etdik. Axşam burada qalacağıq. Dostlar hekayələr anladacaq, şən bir axşam olacaq, mən də dostlarla birgə olacağam."

Bu səhər Cümhuriyyət Xalq Partiyası (CHP) Ankara və İstanbulda "Ədalət" şüarı ilə CHP millət vəkili Enis Berberoğlunun həbsinə qarşı etiraz yürüşünə başlayıb.

Yürüşün məqsədi CHP-nin İstanbul millət vəkili Enis Berberoğlunu çərşənbə günü 25 il azadlıqdan məhrum edilməsinə qarşı etiraz etməkdir.

Ankara protest

Şəklin mənbəyi, Fundanur Öztürk

Yürüşdən bir qədər əvvəl, CHP sədri Kemal Kılıçdaroğlu çıxış edərək deyib ki, "biz bir diktatorluqla qarşı qarşıyayıq. Bıçaq sümüyümüzə dirənib, biz də artıq bəsdir deyirik".

Ankarada yürüş zamanı bir qrup Erdoğan tərəfdarı ilə etirazçılar arasında qısa müddətli qarşıdurma baş verib.

Istanbul

Şəklin mənbəyi, DHA

İstanbul

Şəklin mənbəyi, DHA

Şəklin alt yazısı, İstanbuldakı yürüşün iştirakçıları.
İStanbul

Şəklin mənbəyi, DHA

Şəklin alt yazısı, İstanbuldakı yürüşdə iştirak edən CHP tərəfdarları.
İstanbul

Şəklin mənbəyi, DHA

Şəklin alt yazısı, İstanbuldakı yürüşün iştirakçısı.
İstanbul

Şəklin mənbəyi, DHA

Şəklin alt yazısı, İstanbuldakı yürüşdən mənzərə.

Enis Berberoğlu Türkiyənin MİT kəşfiyyat təşkilatının Suriyaya silahla dolu maşınlar göndərdiyini iddia edən videonu müxalifət qəzetinə ötürdüyünə görə casusluqda ittiham olunub.

Çərşənbə günü qapalı məhkəmədə keçirilən gizli iclasda, onun "dövlətə gizli qalması lazım olan məlumatları siyasi və hərbi casusluq məqsədilə açıqladığı" deyilib.

Ankara protest

Şəklin mənbəyi, Fundanur Öztürk

Şəklin alt yazısı, Ankaradakı yürüşdən mənzərə.
Ankara protest

Şəklin mənbəyi, Fundanur Öztürk

Şəklin alt yazısı, Ankaradakı yürüşdən mənzərə.
Ankara

Şəklin mənbəyi, Fundanur Öztürk

Şəklin alt yazısı, Ankaradakı yürüşdən mənzərə.