İsrail: "Dünyanın ən uzun duz mağarası" aşkar edilib

Mağara

Şəklin mənbəyi, Reuters

İsrailli araşdırmaçıların bildirdiyinə görə, onlar dünyanın ən uzun duz mağarasını aşkar ediblər.

Malham mağarasında Ölü dəniziə doğru istiqamətlənmiş 10km uzunluğunda olan yollar və otaqların yeri hələ iki il bundan əvvəl qeyd edilmişdi.

İncilə görə, Lut peyğəmbərin arvadı bu ərazilərdə duz sütununa çevrilib.

Vaxt keçdikcə yağışın mağaranı daha da uzadacağı güman edilir, araşdırmaçılar bildirib.

Yağış suları səthdəki dəliklərdən keçərək duzu əridir və Ölü dənizə doğru kanallar əmələ gətiir.

Mağara

Şəklin mənbəyi, Reuters

Malham mağarasının İsrailin ən böyük dağı olan Sodomdan keçən hissəsi hələ 1980-ci illərdə işarələnmişdi.

İki il bundan əvvəl İsrail Mağara Tədqiqatçıları Klubundan Yoav Neqev işi yekunlaşdırmaq qərarına gəlir və araşdırmaçı və mütəxəssislərdən ibarət komanda yaradır.

Mağarada nahar fasiləsi zamanı Qüdsdəki Hebrew Universitetindən olan Boaz Langford bildirib ki, tədqiqatçılar yeməklərinin duzsuz olduğunu hiss ediblər.

Mağara

Şəklin mənbəyi, Getty Images

"Biz qayalardakı duzlardan qoparıb yemək üçün istifadə edirdik", o deyir.

Malham mağarası İranın Qəşəm adasındakı 6.85 km uzunluğu olan Üç Çılpaq adlı mağarasının 13 illik rekordunu təzələyib.

Buz

Şəklin mənbəyi, Reuters