İş dünyasının ən cəlbedici stimulları

Londralı Adam Bradford ile Kaliforniyalı Jordan Swain

Şəklin mənbəyi, ADAM BRADFORD/JORDAN SWAIN

Şəklin alt yazısı, Londonlu Adam Bradford ilə California sakini Jordan Swain öz şirkətləri xəttilə araşdırmalar aparmaq üçün onlar dörd qitədə yerləşən 30-a yaxın şəhərə baş çəkiblər.
    • Müəllif, Eleanor Lawrie
    • Vəzifə, Biznes müxbiri, BBC News

İş axtaran yeni nəsili artıq, təkcə yaxşı maaş təklifi ilə şirnikləndirmək mümkün deyil.

İndikilər ilk növbədə həyat keyfiyyətinə fikir verir.

London sakini Adam Bradford və California sakini Jordan Swain bunu nəzərə alaraq öz bizneslərini yaratmaq qərarına gəliblər.

Bradford Swain adlı məsləhətçi sosial şirkətləri xəttilə araşdırmalar aparmaq üçün onlar dörd qitədə yerləşən 30-a yaxın şəhərə baş çəkib.

Jordan deyir ki, təkbaşına işləmək hər yerdə işləmək qabiliyyətində olmaq deməkdir.

Adam və Jordan kimi düşünən gənclərin sayı isə sayı getdikcə artmaqdadır.

Çalışanlar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Gənç işçilər üçün səyahət etmək imkanı cəlbedicidir.
line

Müftə məzuniyyət

Kim?Airbnb, Macildowie

Woman standing on a rock by the Grand Canyon

Şəklin mənbəyi, Macildowie

Şəklin alt yazısı, Macildowie şirkətində işəgötürmə şöbəsində işləyən Row Davies-in ABŞ-da Böyük Kanyona səyahətinin xərcini şirkəti ödəyib

İnternetdən ev kirayələməsi vebsaytı Airbnb-nin ABŞ-dakı ofisində çalışanlara dünyanın istənilən yerində dincəlmək üçün hər il 2 min dollara yaxın ödəniş ayrılır.

Məhz bu şərtə görədir ki, Glassdoor vebsaytında 2016 ildə keçirilmiş səsverməyə əsasən, Airbnb "ən çalışılası şirkət" adına layiq görülüb.

Ödənişli məhdudiyyətsiz məzuniyyət

Kim? Netflix, LinkedIn, Virgin Management

Tatilciler

Şəklin mənbəyi, Getty Images

"Məzuniyyət siyasətimiz belədir: Məzuniyyətə çıxın", Netflix şirkətinin saytında bildirilib. Şirkətin ildə neçə həftəlik müddətə məzuniyyətə çıxmağa dair məhdudiyyət müəyyən edən qaydaları yoxdur.

LinkedIn şirkəti də ABŞ ofisində çalışan işçilərinə istədikləri qədər ödənişli tətil günləri verir.

LinkedIn menecerlərinin fikrincə, bu cür şərait işçilərdə "çeviklik və sərbəstlik hissi" yaradır.

Qadın yumurtasının dondurulması

Kim? Apple və Facebook

hamile kadın

Şəklin mənbəyi, Getty Images

Texnologiya şirkətlərinin ən mühüm qaçınılmaz problemlərindən biri budur: qadın işçiləri özümüzə necə cəlb edək?

Texnologiya nəhəngi Apple və sosial media şəbəkəsi Facebook bu suala mübahisəli bir cavab tapıblar.

Apple və Facebook qadın işçiləri cəlb etmək üçün onlara yumurta hüceyrəsinin dondurulması xərcinin şirkət hesabına ödənilməsini təklif edir.

ABŞ-də işləyən qadın işçilərə bu məqsədlə sığorta planları xətti ilə $20,000-dək ödəniş təklif olunur.

2015-ci ildə yaydığı bəyanatında Apple bu addımı qadın işçilərinin imkanlarını genişləndirməyə, onlara, ailə həyatı və gələcək övladları bağlı müəyyən hazırlıqlar görülməsinə şərait yaratmaq məqsədi ilə əsaslandırıb.

Belə ki, yumurta hüceyrəsinin dondurulması qadın işçilərə, ailə həyatına, onlar buna hazır olanda başlamaq imkanı yaradır.

Lakin bu planlar açıqlanandan sonra müəyyən tənqidlə qarşılaşıb. Bəziləri hesab edir ki, bu cür stimul qadınları, hamiləliklərini yubandırmağa təhrik edir.

Digər tərəfdən isə, dondurulmuş yumurta hüceyrəsinin köməyi ilə qadının hamilə olması əmsalı elə də yüksək deyil - misal üçün, Britaniyada 2014-cü ildə dondurulmuş yumurtaların yalnız 22,2 faizi qadınlara hamiləliyi bəxş edib.

İtinizi işəgətirmək imkanı

Kim? Google ve birçox digər şirkətlər

Hubble employee sits with Darwin the Shih Tzu on his lap

Şəklin mənbəyi, Hubble

Şəklin alt yazısı, Hubble işçisi Varun iti Darwin-i işə gətirib

Bir çox texnologiya şirkətləri ve ev heyvanları üçün aksessuar ve gıda buraxan şirkətlərdə çalışanlara işə itləri ilə gəlməyə icazə verilir.

Reed.co.uk internet saytının bildirdiyinə görə, Britaniyada işçilərin 8 faizinə işə itləri ilə gəlməyə icazə verilir.

Bu durum allergiyası olanlar və pişiksevərlər üçün bəlkə də ürəkaçan hal deyil, lakin bəzi menecerlərə görə, ev heyvanlarının işə gətirilməsi, işlə bağlı stressi müəyən dərəcədə azaldır.

Misal üçün Google şirkətində çox sayda itsevərlərin işlədiyi məlumdur, və bu məqam şirkətin hətta davranış kodeksində də öz əksini tapıb.

line