You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Öldürülən gənc modelin cəsədi hücumlardan sonra məzarından çıxarılıb
Böyük Britaniyada 18 yaşında öldürülən model Sally Anne Bowman-ın cəsədi hücumlardan sonra Ədliyyə Nazirliyinin icazəsiylə məzarından çıxarılıb.
Britaniyanın Daily Mirror qəzetinə müsahibə verən Bowman-ın anası Linda Bowman "qəddar insanların"qızının məzarına hücum etdiyini və məzar daşlarını qırdığını söyləyərək onun cəsədinin 4 il əvvəl məzardan çıxarıldığını bildirib.
Linda Bowman qızının qəbri üstünə zibil və solmuş güllərin qoyulduğunu da deyib.
Qatil ömürlük həbsə məhkum edilib
46 yaşlı Mark Dixie Sally Anne Bowman-ı 2005-ci ildə Londonun cənubundakı Croydon səmtində əvvəlcə bıçaqlamış, sonra gənc qız can verərkən onu zorlamışdı.
Mark Dixie 2008-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.
Britaniya qanunlarına görə, Dixie ən azı 34 il həbs cəzası çəkəcək.
Mark Dixie məhkəmə zamanı Bowman-ı ölü tapdığını, spirtli içkinin və narkotikanın təsiri ilə gənc qadını ölüykən zorladığını iddia edib.
Dixie ötən ay 16 yaşında olan zaman bir qadına cinsi təcavüz etdiyini də etiraf edib.