Larisa Məmmədovanın anası: "Açdım, ayaqqabısının içində şüşələr. Ürəyindən qan gəldi"

    • Müəllif, Aygül Mehman & Günel Səfərova
    • Vəzifə, BBC News Azərbaycanca

Video açılmırsa, YouTube-dan izləyin.

Bir dondurmadan başlayan hekayə toyla yekunlaşır, onların bir qızı doğulur. Bu qız 1990-cı ilin yanvarın 20-də Sovet qoşununun gülləsinə tuş gələn 13 yaşlı Larisa Məmmədovadır.

Larisanın anası Qalina Məmmədova və atası Fərman Məmmədov 30 il əvvəl baş vermiş qanlı yanvar gününü belə xatırlayır.