İlham Əliyevdən Trampa məktub: “Sülh Şurası”na qoşuluruq

İlham Əliyevdən Trampa məktub: “Sülh Şurası”na qoşuluruq

İlham Əliyev Trampa məktub yazıb onun Sülh Şurası beynəlxalq təşkilatına qoşulduğunu təsdiqləyib.

Prezident Əliyev Davosdan Donald Trampa göndərdiyi məktubunda bundan danışıb.

Bu, Trampın yeni qurduğu beynəlxalq təşkilatdır, Qəzzanın bərpasını və münaqişələrin sülhlə həllini nəzərdə tutur.

Təşkilatın qaydaları hələ rəsmi elan olunmasa da, dünya mətbuatı yazır ki, daimi üzv olmaq üçün təşkilata qoşulan ölkə ilk ildə 1 milyard dollar ödəməlidir.

Ağ Ev məlumatı "yanlış" adlandırıb və "Sülh Şurasına" qoşulmaq üçün minimum üzvlük haqqının olmadığını bildirib.