Bakıda tikinti mağazalarında yanğın

Bakıda tikinti mağazalarında yanğın

Bakıda, Dərnəgüldə boya mağazasında başlamış yanğın söndürülüb, yerli media bildirib.

Hadisə nəticəsində 2 mağaza və bir anbar yanıb, yaxınlıqdakı obyektlərdəki tikinti malları təxliyə edilib, Fövqəladə Hallar Nazirliyi açıqlayıb.

Yanğının söndürülməsi üçün 18 texnika və 70 nəfər yanğınsöndürən cəlb olunduğu bildirilib.

Təcili Tibbi Yardım bir nəfərə yerinə ilkin tibbi yardım göstərdiyini qeyd edib.