İordaniya - İslam Dövləti qruplaşmasının yeni hədəfi?
İraq, İslam Dövləti silahlılarını İordaniya ilə həmsərhəd Anbar əyalətindən çıxarmaq üçün hərbi əməliyyat keçirir. Bu arada İordaniyanın özünün cihadçıların növbəti hədəfinə çevriləcəyindən ehtiyat edilir. Təhlükələrə cavab olaraq, İordaniya İraq və Suriyadakı sərhəd bölgələrində öz hərbi qüvvələrinin sayını ikiqat artırıb. BBC müxbiri Frank Gardner bu reportajı İordaniydan göndərib.
