İordaniya hərbi pilotonun İD tərəfindən əsir götürldüyünü təsdiq edib

Şəklin mənbəyi, BBC World Service
Fəalların bildirdiyinə görə, İslam Dövləti (İD) döyüşçüləri Suriyanın şimalında ABŞ koalisiyasına məxsus hərbi təyyarəni vurub yerə salıblar.
Suriya İnsan Haqları Observatoriyasının bildirdiyinə görə, Ərəb dövlətinə məxsus olduğu güman edilən hərbi təyyarə Raqqa şəhəri yaxınlığında yerə düşüb.
Britaniyada mənzillənən təşkilat təyyarə pilotunun taleyi barədə məlumata malik olmadığını bildirib, lakin İD tərəfdarları dərc etdikləri fotoda İD döyüşçüləri tərəfindən əhatə edilmiş iordaniyalı pilotun təsvir olunduğunu iddia ediblər.
İordaniya sentyabr ayından Suriyada İD mövgelərinə hərbi təyyarələrlə havadan reydlər keçirərək bombalayan 4 Ərəb ölkəsindən biridir.

Şəklin mənbəyi, BBC World Service
Bu xəbər təsdiqlənsə, vurulmuş təyyarə sentyabr ayından İD əleyhinə ABŞ koalisiyasının hava reydləri başlayandan ilk vurulmuş təyyarə olacaq.
İordaniya hərbiyyəsi hərbi pilotunun əsir düşdüyünü təsdiqləyib.
"İstilik raketi"
Suriya İnsan Haqları Observatoriyası fəallardan ibarət şəbəkəyə istinadən təyyarənin "istilik raketilə Raqqa şəhəri yaxınlığında vurulduğunu" bildirib.
Bundan əvvəl İD-pərəst Raqqa Media mərkəzi əsir düşmüş pilotun fotosunu dərc edərək onun adını və rütbəsini açıqlayıb.
Fotoya əlavə edilmiş məlumat səciyyəli yazıda əsir götürülmüş şəxsin İordaniya Kral Hava Qüvvələrinin leytenantı olduğu qeyd olunub.

Şəklin mənbəyi, BBC World Service
Şəkildə həmin şəxsin ayaq üstündə durduğu, ağız nahiyəsindən isə qan gəldiyi görünür.
Fotonun gerçəkliyini yoxlamaq mümükün olmayıb.
Son 3 ay ərzində ABŞ, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səüdiyyə Ərəbistanı və Bəhreyn İD-nin Suriyadakı mövgelərinə yüzlərlə hava reydi həyata keçirib.
Hədəflərin əksəriyyəti İD "xilafətinin" de-fakto paytaxına çevrilmiş Raqqa şəhəri ərazisində və ətrafında yerləşir.
Many of the targets have been in and around Raqqa, which is the de facto capital of the "caliphate" whose creation IS proclaimed in June.
Raqqa şəhərinə mütəmadi olaraq Suriya hökümətinin hərbi təyyarələri də bomba zərbəsi endirir.
Avstraliya, Belçika, Kanada, Danimarka, Fransa, Hollandiya və Britaniya ABŞ ilə birgə qonşu İraqda İD mövgelərinin havadan bombalanması əməliyyatlarında iştirak edir.
Təhlilçilərə görə, sonuncu hadisə anti-İD koalisiyası üzvləri arasında cihadçıların silahlanma səviyyəsindən narahatlığı gücləndirəcək.
Nəticədə, Ərəb ölkələrinin bucür əməliyyatlarda iştirak etmək həvəsi minimum həddədək enə bilər, regiondakı BBC müxbiri qeyd edir.




