İordaniya: "İslam Dövləti şeytanı məğlub edilməlidir"

Şəklin mənbəyi, Reuters
İordaniya hökumətinin sözçüsü deyib ki, İslam Dövləti qruplaşması "şeytanı ... məğlub edilə bilər və edilməlidir də".
Bu arada İordaniya pilotunun İslam Dövləti tərəfindən öldürülməsi ərəb dünyasında qınaqla qarşılanıb.
İD üsyançıları pilot Moaz al-Kasasbehin "canlı yandırılmasını göstərən" videonu yaydıqdan sonra Kral II Abdullah ABŞ-a səfərini vaxtından əvvəl bitirib.
Hadisə ilə bağlı İordaniya həmçinin qadın cihadçı da daxil olmaqla iki məhbusu edam edib.
İntihar-bombardmançı Sajida al-Rishawi və əl-Qaidə fəalı Ziyad Karboli səhər tezdən asılıb, rəsmilər deyib. Onların hər ikisi iraqlıdır.

Şəklin mənbəyi, Reuters
İordaniya pilot Kasasbehi Rishawi ilə dəyişməyə cəhd etmişdi.
Moaz al-Kasasbeh dekabrda İD-ə qarşı missiyanın yerinə yetirilməsi zamanı idarə etdiyi təyyarənin qəzaya uğraması nəticəsində girov götürülmüşdü.

Rishawi 2005-ci ildə paytaxt Ammanda 60 nəfərin ölümündə nəticələnən hücumlardakı roluna görə ölüm cəzası almışdı.
Karboli 2008-ci ildə İordaniya vətəndaşını öldürməkdə təqsirli bilinmişdi.
İki məhbus yerli vaxtla saat 04:00-da (Bakıda 06:00) edam edilib, hökumət rəsmisi Mohammad al-Momani çərşənbə günü deyib.




