İD videosu: Jurnalist və pilotun 24 saat və ya daha az zamanı qalır

Şəklin mənbəyi, AFP
Yaponiyanın baş naziri Shinzo Abe bildirib ki, İslam Dövləti (İD) qruplaşmasının 24 saat ərzində girov Kenji Gotonu öldürəcəyini açıqlaması "üzücüdür".
Cənab Gotoya bənzər biri videoda deyib ki, o və bir iordaniyalı pilotun həyatı, İordinayanın haqqında ölüm hökmü verilmiş bir iraqlı qadını azad edilməsinə bağlıdır.
Cənab Abe əlavə edib ki, Yaponiya İordaniya ilə girovların təhlükəsizliyi barədə danışıqlar aparır.
İD deyib ki, o bazar günü başqa bir yaponiyalı kişini - Haruna Yukawanı öldürüb. Onun üçün 200 milyon dollar fidyə istənilmişdi.
Çərşənbə günü paylaşılmış videoda deyilir ki, cənab Gotonun yalnız 24 saat həyatı qalıb, iordaniyalı cənab Mu'ath al-Kaseasbeh isə Sajida al-Rishawi azad edilməzsə "daha az" yaşaya bilər.
Əl-Qaida üzvü Al-Rishawi 2005-ci ildə 60 nəfərin ölümünə görə həbs edilib.
Ötən gecə Ammanda yüzlərlə insan baş naziri İD-in tələblərini yerinə yetirməyə çağırıb.
İordaniyalı pilotun atası Safi al-Kaseasbeh AP agentliyinə deyib:
"Mu'athın təhlükəsizliyi İordaniyada stabillik deməkdir, ölümü isə xaosdur".
Təyyarəsi İD-in nəzarət etdiyi ərazidə qəzaya uğrayan pilot dekabrda girov götürülüb.
Tanınmış jurnalistvə sənədli film rejissoru 47 yaşlı Kenji Goto oktyabrda Suriyaya digər yaponiyalı Haruna Yukawanın həyatını qorumaq üçün gedib.
Bazar günü yayılan videoda cənab Goto əlində cənab Yukawanın bədəninə nə olduğunu göstərən foto tutub.
Hazırda əsas məsələ, İordaniyanın dəyişməyə razı olub-olmamasıdır.
Xarici işlər naziri Yasuhide Nakayama Ammanda İordaniya rəsmiləri ilə danışıqlar aparır.
Bizim müxbirimiz deyir ki, ötən gecə bəzi müsbət nəticələr əldə edilib, amma zaman azlığı öz təsirini göstərir.




