İordaniyada minlərlə insan İslam Dövlətinə etiraz etdi

Şəklin mənbəyi, EPA

İordaniyanın paytaxtı Əmmanda minlərlə insan hökumətin İslam Dövləti təşkilatına qarşı mübarizəsinə dəstək bildirmək üçün toplaşıb.

Cümə namazının ardınca Əl-Hüseyni məsçidinin ətrafındakı izdiham əllərində İordaniya bayraqları və İD tərəfindən qətlə yetirilmiş pilot Muaz əl-Kesasibenin şəkilləri ilə yürüşə başlayıb.

Kraliça Raniyənin də hökumətə dəstək aksiyasına qoşulduğu xəbər verilib.

Fransanın AFP agentliyi “Cəzalandırmaya – “hə” deyirik”, “terrorizmin kökünün kəsilməsinə “hə” deyirik” şüarları olan plakatların gəzdirildiyini xəbər verib.

İordaniya kraliçası da nümayişə qatılıb.

Şəklin mənbəyi, REUTERS

Şəklin alt yazısı, İordaniya kraliçası da nümayişə qatılıb.

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, epa

İordaniyanın dünən açıqladığlı bəyanatda ölkə hərbi təyyarələrinin Suriyada onlarca İD mövqeyinə raket zərbələri endirdiyi bildirilib.

Hava reydinin iordaniyalı pilotun qisası üçün keçirildiyi xəbər verilib.

Kraliça Raniyə də aksiyaya qoşulub.

İordaniyanın xarici işlər naziri Nasir Cude bildirib ki, ölkə İD-ə münasibətini sərtləşdirib.

İİndiyədək bir neçə ərəb ölkəsi ABŞ-ın başçılığı altında İD-ə qarşı koalisiyaya qoşulsa da, hava reydlərində çox az iştirak etmişdi.

İordaniyanın hava reydlərinin Suriyanın Raqqa şəhəri üzərində keçirildiyi xəbər verilir.

İD rəğbətliləri və bəzi yerli fəallar Raqqada bu gün də hava reydlərinin keçirildiyini bildirsələr də, hökumət bu məlumatları təsdiq etməyib.

“Bu yalnız başlanğıcdır”

İordaniyanın xarici işlər naziri Nasır Cude CNN telekanalına müsahibəsində deyib kİ, ölkə İD-ə qarşı tam gücü ilə cavab verəcək.

Cənab Cude hava reydlərinin genişləndirilərək İraqı da əhatə edəcəyini söyləyib.

Mərmilərin üzərində öldürülmüş pilotun adı yazılıb.

İordaniyanın hərbi təyyarələri Suriyada İD mövqelərinə zərbələr endirdikdən sonra, edam edilmiş pilot Muaz əl-Kesasibenin doğulduğu kəndin üzərindən “salamlama uçuşu” edib.

Həmin saatlarda Kral Abdullanın pilotun ailəsinə baş çəkdiyi xəbər verilir.

Hava reydlərində iştirak edən Kessasibenin təyyarəsi ötən dekabrda Suriya üzərində vurulmuş və pilot İD döyüşçülərinin əlinə keçmişdi.

Pilotun atası Safi Kesasibe onlara baş çəkən krala təşəkkürünü bildirib və deyib ki, İD bütün insanlıq qanunlarının əleyhinə çıxıb.

Kral Abdulla İordaniyalı pilot Muaz əl-Kesasibenin atası Safi ilə birlikdə.

İD-in bu həftənin əvvəllərində yaydığı videoda pilotun diri-diri yandırılaraq öldürüldüyü əks edilmişdi.

O vaxt kral Abdulla ABŞ səfərində idi və “pilotun intiqamı alınacaq” deyərək səfərini yarımçıq kəsmiş, İordaniyaya qayıtmışdı.

İordaniya pilotunun öldürüldüyü barədə xəbər alınan kimi, ölkənin hıəbsxanasında olan iki radikal islamçı edam edilib.