Ukrayna səfiri: Dəstəyə görə Azərbaycana minnətdarıq

Ölkəsinin ərazi bütövlüyü və suverenliyinin Rusiya tərəfindən pozulduğunu deyən səfir Aleksandr Mişçenko bildirib ki, Ukrayna bu kimi addımlara “tərəfdaşlarından cavab gözləyir”.

Bu səpkidə səfir dəstək üçün Azərbaycana minnətdarlığını bildirib.

Onun sözlərinə görə Kiyev həmin dəstəyin davamını Ukrayna böhranı ilə bağlı qarşıdan gələn BMT müzakirələrində də görmək istərdi.

“Hazırda məsələ Ukrayna və Rusiya arasında deyil, beynəlxalq ictimaiyyət və Rusiya arasındadır”.

Səfir Rusiya ilə Ukrayna arasında mübahisənin beynəlxalq səviyyəyə qalxdığını deyərkən Rusiya qarşı ciddi addımların tələb olunduğunu bildirib.

Bu problemləri necə həll etməyə gəldikdə isə, "əminəm ki, Rusiyanın davranışlarının ciddi ölçüyə ehtiyac var", səfir deyib.

Аleksandr Mişçenko ilə Xanım Cavadova söhbət edib.