Sovetski sakinlərinin rəsmilərlə görüşündən
Bakının "Sovetski" ərazisində söküləcək evlərin dövlət qiymətləndirilməsindən narazı sakinlərlə bağlı son qərar "martın 3-də veriləcək", şikayətçilərin bazar günü keçirilən aksiyasında icra orqanları ilə danışıqlar aparmaq üçün yaradılan Təşkilat Komitəsinin sədri Namiq Quliyev hökümət nümayəndələrindən ibarət qapalı görüşdən sonra deyib.
Yazılı müraciət hazırlamış sakinlər əsasən üç təkliflə çıxış edib:
- Ərazinin sökülməsini zəruri edən rəsmi sənədin sakinlərə göstərilməsi
- Layihələndirmə və qiymətləndirmənin "damdan-dama, "divardan-divara" prinsipi ilə aparılması
- Təzminatın bazar qiymətlərinə uyğun şəkildə ödənilməsi.
Sakinlər təzminatın ən azı iki dəfə artırılmasını, 3000 manat olmasını və hamıya bu məbləğin ödənilməsini istəyib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib ki, heç kəs məcburi şəkildə evindən köçürülməyəcək və yalnız kompensasiyanı alanlar evlərini tərk edəcək.