"Sovetski"də şikayətlər və tələblər nədən ibarətdir?
Bakının söküləcək "Sovetski" ərazisində yaşayanlar bazar günü etiraz aksiyası keçiriblər. BBC Azərbaycancaya danışan sakinlər və səlahiyyətli şəxslər narazılıqlarından danışıblar.
"1500 manatla nəinki Bakıda, hətta Bakının kənarlarında da ev almaq olmaz. Biz Bakının mərkəzində yaşayırıq, biz burdan gedib Masazırda, Hökməlidə, Hövsanda qalası deyilik ki?", Çingiz Mustafayev küçəsi sakinlərdən biri BBC Azərbaycancaya deyib.
Təşkilat Komitəsinin sədr müavini seçilən Tahirə Rzayeva isə tələblərini qeyd edib: "Dövlətə lazımdırsa, bizi köçürtmək istəyirsə, xalqı razı salsın. Var da var, dövlət də var. Gəlir mənbəyimiz çox, əhalimiz az. Biz də istəyirik ki, ağ günə çıxaq".