Qidaların kalorisini bilsək, nə qədər çox yeyərdik?

pizzada nə qədər kalori var dieta kalori hesablayıcı keto dieta

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Michelle Roberts
    • Vəzifə, Səhiyyə üzrə redaktor, BBC News online

Yemək qutularının üzərində insanın bu qidanı qəbul zamanı aldığı kaloriləri əritmək üçün nə qədər idman etməli olduğu yazılmalıdır, Britaniya alimləri deyir.

Onlar deyir ki, bir pizzadan alınan kalorini əritmək üçün dörd saat yerimək və ya bir kiçik qutu şokoladın kalorisini əritmək üçün 22 dəqiqə qaçmaq lazım gəldiyi nəzərə alınarsa, bu, qidaların enerji dəyəri haqqında maariflənməyə səbəb olar.

Kəşfiyyat tədqiqatları göstərir ki, qidaların üzərindəki etiketlər insanlara daha az həzz verəcək.

Məqsəd isə piylənmə ilə mübarizə aparmaq üçün sağlam yemək vərdişlərini təşfiq etməkdir.

14 araşdırmaya əsaslanan Loughborough Universitetinin tədqiqatçıları qidaların üzərindəki etiketlərin insanın günlük qida qəbulunu təxminən 200 kalori azaldacağını düşünürlər.

Tədqiqatçılar Epidemiologiya və İcma Sağlamlığı jurnalında deyirlər ki, bu, çox görünməyə bilər, lakin ölkədə boyu piylənmə səviyyəsinə təsir göstərəcək.

Aparıcı tədqiqatçı professor Amanda Daley deyir: "Biz cəmiyyətin nə yediyi ilə bağlı yaxşı qərar verməsinin müxtəlif yolları ilə maraqlanırıq, eləcə də, onların daha çox fiziki aktivliyininə çalışırıq".

Kalori haqqında:

  • Qida və ya içkidəki enerji dəyəri kalori ilə ölçülür
  • Bədənimizin işləməsi üçün kaloriyə ehtiyacı var
  • Həddindən artıq çox yemək və bu kaloriləri əritməmək artıq çəkililiyə gətirib çıxarır
  • Hər gün bir az çox yesək belə bədən onu yağ qismində saxlayır
  • İnsanların gündəlik kalori ehtiyacı kişilər üçün 2500, qadınlar üçün isə 2000-dir

Professor Daley deyir ki, bir çox insanlar konkret qidalardan alınan kaloriləri əritmək üçün nə qədər fiziki hərəkət lazım olduğunu biləndə təəccüblənəcəklər.

"Biz bilirik ki, insanlar müntəzəm olaraq qidaların kalorilərini daha aşağı qiymətləndirirlər. Əgər sən şokoladlı maffin keksini alırsansa, bu, 500 kaloridir və onu əritmək üçün 50 dəqiqə qaçmaq lazımdır".

Professor deyir ki, bu üsul pəhriz saxlamaq üçün yox, insanları maarifləndirmək üçündür.

"Bu, insanları qəbul etdikləri qidaların enerji dəyəri haqqında maarifləndirmək üçündür. İnsanlar özlərinə "Mən həqiqətən də bu şokoladlı keksi əritmək üçün iki saat xərcləmək istəyirəmmi? Şokoladlı keks buna dəyərmi" suallarını verə bilərlər".