Dərgi – iş yerlərimiz bizi necə xəstə edir ?

Şəklin mənbəyi, Getty Images
Bügünkü gündə iş yerləri həddən artıq stress səbəbiylə işləyənlər üçün təhlükəli ola bilər. İctimai sağlamlıq mövzusuna aid bu məsələ ilə bağlı işə götürənlərin və hokumətlərin addım atması lazımdır.
İş yerlərindəki stress səbəbiylə ölüm hadisələrilə bağlı məlumatlar getdikcə çoxalır. Bu ölümlərdə yaş fərqi olmadığı kimi fiziki əmək və ya intellektual əmək fərqi də yoxdur. Avropa İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyinin məlumatlarına görə, hər il 550 milyon iş günü itkisinin arxasında "stress səbəbli" işə getməmək problemi durur.
2015-ci ildə aparılan 300 araşdırma nəzərdən keçirilən zaman iş yerindəki zərərli tətbiqlərin yol açdığı ölüm və xəstəliklər nisbətinin siqaret tüstüsündən passiv pozuntuya məruz qalanlarla bərabər olduğu aşkar edilib. İş yerindəki zərərli tətbiqlər arasında bunlar yer alır: uzun işləmə saatları, iş-ailə münaqişəsi, iqtisadi inamsızlıq, iş nəzarətinin olmaması və ABŞ kimi ölkələrdə tibbi sığortanın olmaması …
İş yerləri insanları xəstə edirsə, hətta öldürürsə belə, buna tabe olmaq lazımdır. Dünyada səhiyyə xərcləri artarkən iş yerləri də mühüm bir ictimai tibbi problem vəziyyətinə gəlib çıxır.

Şəklin mənbəyi, Getty Images
Dünya İqtisadi Forumunun təxminlərinə görə, dünya miqyasında səhiyyə xərclərinin dörddə üçü xroniki xəstəliklərə sərf edilir və yoluxucu olmayan xəstəliklər səbəbiylə ölüm halları, bütün ölümlərin yüzdə 63%-ni təşkil edir.
Xroniki xəstəliklər, stresslə yanaşı siqaret, spirtli içki, narkotik, sterssdən yaranan həddən artıq yemək kimi qeyri-sağlam davranışlar səbəbiylə meydana çıxır. Aparılan araşdırmalar ən böyük stress mənbəyinin iş yerləri olduğunu, bu səbəblə də sağlamlıq və qayğı böhranının da ən mühüm səbəbi halına gəldiyini göstərir.
Amerika Stress İnstitutuna görə, iş yerində stress ABŞ iqtisadiyyatına ildə 300 milyard dollara başa gəlir. Araşdırmlar iş yerindəki zərərli inzibati tətbiqlər səbəbiylə ildə 120 min əlavə ölüm halları olduğunu və bundan qaynaqlanan əlavə tibbi xərclərin ildə 190 milyard dollar təşkil etdiyini göstərir.
Bu vəziyyətdə, ölüm səbəbləri sıralamasında iş yerləri böyrək xəstəlikləri və Alzheimer xəstəliklərinin də qarşısına keçərək beşinci sırada yer alır. Britaniyada 2016-2017-ci ildə işdən yaranan stress, depressiya və narahatlıq səbəbiylə 12,5 milyon iş günü itkisi olub.

Şəklin mənbəyi, Getty Images
İşləyənlər baxımından bu problemlərə səbəb olan pis tətbiqlər şirkətlərin də xeyrinə deyil. Uzun iş saatları məhsuldarlığa da mənfi təsir göstərir. İşdən azad etmələr iş yerlərinin nüfuzunu artırmadığı və ən yaxşı işçilərin də işdən getməsinə səbəb olduğu kimi, təzminat və ya müştərilərlə əlaqələrin zəifləməsi kimi səbəblərlə qənaəti də təmin etmir. Araşdırmalar göstərir ki, çalışanlar işlərini nə vaxt və necə yerinə yetirəcəkləri mövzusunda daha çox nəzarət sahibi olduqları zaman daha çox həvəslə işləyirlər. Bundan başqa stressli və xəstə işçilərin sağlam işçilər qədər məhsuldar olmadığı aydındır.
İş həyatının getdikcə pisləşdiyini göstərən bir çox məlumat var. Əvvəlldən iqtisadi böhran vaxtlarına xas işdən azad etmələr daha müntəzəm bir hal alır. Buna misal olaraq, qida serktorunda Heinz və Kraft şirkətlərinin birləşməsi nəticəsində işçi qüvvəsinin yüzdə 20%-i işdən çıxarıldı.
"Çevik iqtisadiyyat" təminatsız işləməyə söykənir. İşçilər nə qədər işləyəcəklərini və gəlirlərinin nə olacağını bilmirlər. Bu vəziyyət ailə ilə birgə vaxta və münasibətlərə də mənfi təsir göstərir.

Şəklin mənbəyi, Getty Images
1950-1960-cı illərdə direktorlar (CEO-lar) səhmdarlara, müştərilərə, işləyənlərə və ictimaiyyətə qarşı cavabdeh olduqlarını düşünürdülər. İndi isə səhmdarların maraqları hər şeydən üstün tutulur.
Şirkətlərində çalışan insanların fiziki və psixi sağlamlıqlarına qarşı məsuliyyət daşıyan çox az idarəçi var.
İşçilərinə ödənişli icazə verilməsi, müdirlərin hər saat ismarıc göndərməməsi, işçilərə evdəki vaxtlarını dincələrək keçirtmək fürsətinin verilməsi və öz işlərinə özlərinin nəzarət etməsi kimi müsbət təcrübələri tətbiq edən az sayda şirkət var.
İşçilər iş yerini seçərkən sadəcə məvacib və irəli getmək imkanını deyil, fiziki və psixi sağlamlıqlarını da nəzərə almalıdırlar. Biznes idarəçiləri isə sədəcə mənfəətlərini deyil, işçi qüvvəsinin sağlamlığını düşünməlidirlər. Hokumətlər tərəfindən isə səhiyyə xərclərindəki yüksək maliyyə iş yerlərinə diqqət yönəltmək vəziyyətindədir; çünki iş yerindəki stress insanları xəstə edir.







