Rio Olimpiya Oyunları Maracana karnavalı ilə sona yetdi

Şəklin mənbəyi, AP
Rio 2016 Olimpiya Oyunları möhtəşəm karnaval ilə sona yetdi və Olimpiya bayrağı 2020-ci ildə keçirilməsi üçün rəsmi olaraq Tokioya ötürüldü.
3 saata yaxın davam edən rəngarəng bağlanış tədbirində Braziliya incəsənəti nümayiş olunub və nəmli Maracana-da keçirilib.
Tokionun maraqlı səhnəciyi və canlı karnaval paradı daha çox diqqət çəkənlər sırasında olub.
"Valehedici şəhərdə valehedici Olimpiya keçirilidi", Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Thomas Bach deyib.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, Getty
Dünyanın 206 millətindən və qaçqın komandasından ibarət olan 11 303 idmançını birləşdirən 31-ci Olimpiya Oyunlarında 16 gün davam edən yarışdan sonra Bach rəsmi olaraq bağlanış elan edib.
Gecənin ən çox alqış qazanan göstərişi Yaponiya baş naziri Shinzo Abe səhnəyə kompyüter oyunu olan Super Mario personajının paltarında, stadiondakı yaşıl borunun içindən qalxaraq gəlməsi səhnəsi olub.

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, Reuters
Dünyada milyardlarla insanın izlədiyi mərasimin özəlliklərindən biri də atletlərin paradı və Olimpiya məşəlinin söndürülməsi səhnəsi olub.
Azərbaycanlı idmançılar Rio 2106 Olimpiya Oyunlarında ümumilikdə 18 medal qazandılar ki, onlardan biri qızıl, 7-si gümüş və 10-u bürünc medal oldu. Oyunlarda ilk və yeganə qızıl medalı taekvondoçu <link type="page"><caption> Radik İsayev qazanıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160821_azerbaijan_first_gold_rio" platform="highweb"/></link>.
























