Rio 2016: Son saniyələrdə uduzan Stadnik gümüş medal qazanıb

Mariya Stadnik

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Mariya Stadnik (solda) yalnız son saniyələrdə rəqibinə məğlub olaraq gümüş medal qazanıb

Azərbaycan Rio 2016 Olimpiya Oyunlarının 12-ci günündə bür gümüş, bir bürünc olmaqla, iki medal qazanıb.

48 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarışlarda iştirak edən Mariya Stadnik yalnız final görüşündə üçqat dünya çempionu yaponiyalı Eri Tosakaya məğlub olub.

2:0 öndə olmasına baxmayaraq Stadnik son saniyələrdə yaponiyalı güləşçinin fənn tətbiq etməsilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Mariya Stadnik bundan əvvəl 2008-ci Pekin Olimpiadasında bürünc, 2012-ci il London Olimpiadasında isə gümüş medal qazanmışdı.

Azərbaycanın daha bir medalı taekvando yarışlarından gəlib.

49 kq çəki dərəcəsində yarışlarda yer alan Patimat Abakarova bürünc medal uğrunda yarışda fransalı Yasmin Azizlə üz-üzə gəlib və rəqibini 7:2 hesabı ilə üstələyib.

Patimat Abakarova taekvando yarışlarında Azərbaycanın ilk Olimpiya medalını əldə edib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Patimat Abakarova taekvando yarışlarında Azərbaycanın ilk Olimpiya medalını əldə edib

Abakarova qızıl medala ümid etdiyini bildirsə də, ilk görüşünün istədiyi kimi olmadığını deyib.

“Yalnız medal qazanmaq fikrində idim. Köklənib bu vəzifənin öhdəsindən gəldim,” taekvandoçu gümüş medal uğrunda mübarizəsindən bəhs edib.

Bu, taekvando yarışlarında Azərbaycanın ilk Olimpiya medalıdır.

Hazırda Azərbaycan 7 medalla yarış cədvəlində 55-ci yerdə qərarlaşıb.

Bundan əvvəl cüdoçu <link type="page"><caption> Rüstəm Orucovla</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160809_rio_azerbaijan_medal" platform="highweb"/></link> (73 kq) <link type="page"><caption> Elmar Qasımov</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160812_rio_2016_gasimov" platform="highweb"/></link> (100 kq) gümüş, yunan-Roma güləşçiləri <link type="page"><caption> Rəsul Çunayevlə</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160817_rasul_chunayev" platform="highweb"/></link> (66 kq) <link type="page"><caption> Sabah Şəriəti</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160816_sabah_shariati" platform="highweb"/></link> (130 kq), eləcə də kayakçı <link type="page"><caption> İnna Osipenko-Rodomska</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160816_rio_2016_bronze" platform="highweb"/></link> (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıb.

<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> Cədvəl - Azərbaycanlılar Olimpiya oyunlarında (2-ci həftə</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160812_olympics_week2_schedule" platform="highweb"/></link>)