900 milyon Android telefonunda xətalı proqram mövcuddur

Milyonlarla Android cihazlarında istifadə edilən proqramda tapılmış ciddi təhlükəsizlik xətası hakerlərin telefondakı məlumatlara çıxışını asanlaşdırır.

Checkpoint araşdırmaçıları müəyyən edib ki, Qualcomm şirkətinin istehsal etdikləri məlumat daşıyıcılarındakı (çip) proqramda xətalar var.

ABŞ istehsalı olan Qualcomm mühərrikləri 900 milyon Android telefonunda mövcuddur.

Hərçənd ki, hazırda bu yolla məlumatlara hücum edərək törədilən kibercinayətlərə dair dəlillər yoxdur.

"Çox əminəm ki, qarşıdakı 3-4 ay ərzində bu boşluqlardan istifadə ediləcək", Checkpoint şirkətinin mobil məhsul şöbəsinin rəhbəri Michael Shaulov qeyd edib.

Boşluğun olduğu cihazlar bunlardır:

  • BlackBerry Priv və Dtek50
  • Blackphone 1 və Blackphone 2
  • Google Nexus 5X, Nexus 6 və Nexus 6P
  • HTC One, HTC M9 və HTC 10
  • LG G4, LG G5, və LG V10
  • New Moto X Motorola
  • OnePlus One, OnePlus 2 və OnePlus 3
  • Samsung Galaxy S7 və Samsung S7 Edge-in ABŞ variantları
  • Sony Xperia Z Ultra

Cənab Shaulov bildirib ki, mühəndislərin 6 aylıq əziyyəti nəticəsində bu problem aşkarlanıb.

Xətalı proqram qrafikləri və telefonun daxilində müxtəlif proseslər arasında münasibətləri müəyyənləşdirən kodları idarə edir.

Bu hakerə imkan verir ki, telefona və onun məlumatlarına günbəgün daha çox sahib olsun.

Checkpoint bu ilin əvvəlində Qualcomm-a bu barədə xəbərdarlıq etmişdi.

Qualcomm isə cavabənda demişdi ki, xətaları aradan qaldırmaq üçün yeni versiyanı tətbiq edir.

Cənab Shaulov istifadəcilərə məsləhət görür ki, tətbiqləri yalnız rəsmi Google Play bazarından yükləsinlər.

Qualcomm yeni iddialar barədə şərh verməyib.