Fransa: su parkında “burkini günü” tənqidlərə səbəb olub

Şəklin mənbəyi, Getty

Fransadakı su parkının bir gün “burkini” geyinmək istəyən müsəlman qadınlar üçün bağlanması bəzi siyasətçilərin tənqidi ilə qarşılanıb.

Marsel şəhərindəki icmanın təşkil etdiyi tədbirdə yalnız tam örtülü çimərlik paltarlarında olan qadınlar iştirak edə bilərlər.

Bəzi tanınmış siyasətçilər bildiriblər ki, bu addım Fransanın dünyəvi dəyərlərinə ziddir.

“Bu dəb vasitələrini qəbul etməklə biz ölkəmizdə kommunalizmi qəbul etmiş oluruq”, - Marsel şəhərində iki rayonun meri olan mərkəz sağçı Les Republicains qrupundan Valerie Boyer deyib.

“Eyni zamanda bu qadın ləyaqəti məsələsidir, bizim ən fundamental prinsiplərimizidən biri,” o əlavə edib.

Tədbir təşkilatçısının qeydinə görə, iştirakçı qadınlar “başdan ayağa qapanmalıdırlar”.

Fransa üzün tam qapandığı İslam geyimini - burkanı qadağan etmiş ilk Avropa ölkələrindən biridir, lakin ölkədə digər İslam geyimləri qanunidir.

Fransada təxminən beş milyon müsəlman yaşayır. Bu, Qərbi Avropadakı ən böyük müsəlman icmasıdır.

İslam baş örtüləri isə 2004-cü ildən Fransa məktəblərində qadağan edilib.

Tədbir təşkilatçıları tənqidlərə münasibət bildirməyiblər.

<bold>Həmçinin oxuyun</bold>: <link type="page"><caption> Burka yasağı - bu geyim hansı ölkələrdə yasaq olunub</caption><url href="http://www.bbc.com/azeri/international/2015/11/151119_gch_burqa_ban" platform="highweb"/></link>?