Burka yasağı: bu geyim hansı ölkələrdə yasaq olunub?

    • Müəllif, Valeria Perasso
    • Vəzifə, BBC, Sosial məsələlər üzrə müxbir

Seneqal müsəlman qadınlara üzü örtən burka tipli islami geyimlərdən istifadəni qadağan etmək barədə düşünür.

Ölkə rəsmiləri deyir ki, bu növ geyim cihadçı hücumçulara partlayıcı qurğunu paltar altında gizlətməyə imkan verir.

Burkaya "yox" deyən başqa ölkələr də mövcuddur.

Şəklin mənbəyi, GETTY

Seneqal DİN başçısı Abdoulaye Daouda insanı bütünlüklə örtən geyimi Boko Haram təhlükəsinə görə qadağan etmək istəyir.

Boko Haram Nigeriyada mənzillənən ekstremist qrup kimi tanınır.

Seneqal höküməti bu mövzunun müzakirəsinin anti-islam səciyyəsi daşımadığını qeyd etsə də, fərdi və dini azadlıqlar zəminində qadınların geyim haqqını müdafiə edənləri bu məsələ qəzəbləndirib.

Seneqal prezidenti Macky Sall hesab edir ki, burka Qərbi Afrikadakı tolerant müsəlmanların geyim mədəniyyətinə uyğun gəlmir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Seneqal prezidenti Macky Sall hesab edir ki, burka Qərbi Afrikadakı tolerant müsəlmanların geyim mədəniyyətinə uyğun gəlmir.

Bu məsələdə Seneqal tək deyil - digər 4 Afrika ölkəsində də oxşar tədbirlər tətbiq olunub.

Boko Haram kölgəsi

Mərkəzi Afrikanın 3 ölkəsində - Çad, Qabon və Konqo-Brazzavil-də burka qadağan olunub, Kamerun da bu geyim növü ölkənin uzaq şimalında ötən ilin iyul ayında yasaqlanıb.

Çad hökuməti iyun ayında Ncamena şəhərində 33 nəfərin ölümü ilə nəticələnmiş intiharçı hücumundan sonra bu tədbirə əl atıb.

Kamerunda burkaya qadağa Boko Haram qrupunun hücumlarından sonra tətbiq olunmağa başlayıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kamerunda burkaya qadağa Boko Haram qrupunun hücumlarından sonra tətbiq olunmağa başlayıb.

Bundan sonra, Konqo-Brazzavil və Qabonda oxşar addımlar atılıb. Qabon Kamerunda baş vermiş hücumdan sonra bu addımı atıb. Həmin hadisə zamanı burkaya bürünmüş 2 intiharçı qadın özlərini Nigeriya sərhədində yerləşən Fotokol şəhərində partlatmışdılar. partlayış nəticəsində 13 nəfər həlak olmuşdu.

Seneqalda belə hücumlar baş verməyib, lakin 2 həftə bundan əvvəl ölkədə keçirilmiş anti-terror həbslərilə bağlı rəsmilər əhalini ayıq-sayıq olmağa çağırıb.

"Burka qadağanı" Afrika ilə məhdudlaşmır.

Saat əqrəbinə uyğun yuxarıdan sola : hicab, nikab, çadra və burka.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Saat əqrəbinə uyğun yuxarıdan sola : hicab, nikab, çadra və burka.

Fransa öndədir

2010-cu ildə Fransa ictimai yerlərdə örtüklü geyimi qadağan edən ilk Avropa ölkəsi oldu.

Fransa Senatının qərarı ilə insanın şəxsiyyətini müəyyən etməyə mane olan bütün örtüklü geyimlər, maskalar və baş örtükləri qadağan olundu.

Bu ölkədə 5 milyon müsəlman yaşayır, lakin yalnız 2 minə yaxın qadın burkadan istifadə edir.

Fransanın anti-burka qanunvericiliyi qadınları örtüklü paltar geyməyə məcbur edənlərin 32 min dollaradək cərimə olunmasını və uzun müddətə həbs olunmalarını da nəzərdə tutur.

Bu qanun müsəlman qadınlarını hədəflədiyinə görə tənqid olunurdu.

Lakin Avropa İnsan Haqları Məhkəməsi 2014-cü ildə həmin qanunu dəstəklədi.

Parisdə polis tribunalı qarşısında nikab qadağasını pozduqlarına görə duran iki qadın.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Parisdə polis tribunalı qarşısında nikab qadağasını pozduqlarına görə duran iki qadın.
Belçikada örtüklu geyim geymiş qadınlar burka yasağına etiraz bildirirlər.

Şəklin mənbəyi, GETTY

Şəklin alt yazısı, Belçikada örtüklu geyim geymiş qadınlar burka yasağına etiraz bildirirlər.

Belçika, Niderland və başqaları

Belçika 2012-ci ildə "təhlükəsizlik səbəblərinə görə" oxşar addım atdı.

Niderlanda burka tipli geyim məktəblərdə 2007-ci ildə qadağan olunmuşdu, sonradan həmin qadağa digər ictimai yerlərə və peşələrə də şamil edildi.

Qərbi Avropanın yalnız 3 ölkəsində "burka qadağası" bütün əraziyə şamil edilir, qalan ölkələrdə qadağalar bölgədən asılı olaraq tətbiq olunur.

İspaniyanın Barselona şəhərində sifəti örtən geyimlərə ictimai yerlərdə qadağa 2010-cu ildən qüvvədədir.

Danimarkada bu geyimdən məhkəmə otağında istifadə etmək qadağan olunub.

Həmin növ paltar Almaniyanın Hesse bölgəsi və İtaliyanın bir neçə şəhərində də yasaqlanıb.

Italiyanın Varallo şəhəri. Qadağan olunmuş islam geyimlərinin siyahısı göstərilmiş plakat. Bədəni örtən burkini adlı çimərlikdə geyilən örtüklü paltar da qadağa siyahısındadır.

Şəklin mənbəyi, GETTY

Şəklin alt yazısı, Italiyanın Varallo şəhəri. Qadağan olunmuş islam geyimlərinin siyahısı göstərilmiş plakat. Bədəni örtən burkini adlı çimərlikdə geyilən örtüklü paltar da qadağa siyahısındadır.
Niderland hökuməti ötən ilin may ayında üzü örtən yaylıqlı paltarlara hospitallarda və nəqliyyatda qadan edənə qədər, Haaqada qadınlar burkada gəzə bilirdilər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Niderland hökuməti ötən ilin may ayında üzü örtən yaylıqlı paltarlara hospitallarda və nəqliyyatda qadan edənə qədər, Haaqada qadınlar burkada gəzə bilirdilər.

Əks istiqamət

Bir sıra digər ölkələrdə isə əks proses baş verib - üzü örtən geyimlərə qadağalar aradan qaldırılıb.

Türkiyədə 10 il qüvvədə olduqdan sonra bu qadağa 2013-cü ildə aradan qaldırıldı.

Məhkəmənin qərarı ilə sifəti açıq saxlayan baş örtüyü və hicabın geyilməsinə icazə verildi, lakin üz də daxil olmaqla, insanı tamamilə örtən geyimə icazə verilməyib.

Tənqidçilər hesab edir ki, burka tipli geyim qadınların peşəkar kimi inkişafına mənfi təsir göstərir.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Tənqidçilər hesab edir ki, burka tipli geyim qadınların peşəkar kimi inkişafına mənfi təsir göstərir.

Suriyada da 2011-ci ildən müəllimələrə üzü örtən niqabların geyilməsinə icazə verilib. Bundan əvvəl həmin geyim universitetlərdə müsəlman tələbələrin radikallaşmasının qabağını almaq üçün qadağan olunmuşdu.

Tunisdə baş örtüklərinə qadağa 2011-ci ilin yanvarında aradan qaldırılmışdı.