Orlando qırğını: Obama Trump-ı müsəlmanlara qadağaya görə tənqid edib

Şəklin mənbəyi, Reuters Getty
Respublikaçılardan prezidentliyə ehtimal olunan namizəd Donald Trump-ın ABŞ-da müsəlmanlara qadağa çağırışı "biz istədiyimiz Amerika deyil", prezident Barack Obama bildirirb.
Onun sözlərinə görə, müsəlmanları amerikalılardan ayırmaq ölkənin təhlükəsizliyini zəiflədəcək, Qərblə müsəlman aləmi arasında parçalanmanı dərinləşdirəcək, o, deyib.
Bazar ertəsi Donald Trump müsəlmanlar üçün qadağa planını genişləndirərək, onu ABŞ-a qarşı terror tarixçəsinə malik olan bütün ölkələrdən olanlara şamil edib.
Trump-ın təbirincə Orlando gecə klubunda törədilmiş qırğın belə bir tədbir görülməsinə haqq qazandırır.
Bazar günü səhər saatlarında valideynləri milliyətcə əfqan olan ABŞ vətəndaşı Omar Mateen Orando gey klubunda atəş açıb.
Nəticədə 49 nəfər ölüb.
Donald Trump deyib ki, onun təklifi birtərəfli qaydada prezidentə müvafiq səlahiyyət verməklə həyata keçirilə bilər.
Onun təbirincə, həmin səlahiyyət "prezidentin ABŞ maraqları və təhlükəsizliyinə zərər vura bilən istənilən qrup insanın ölkəyə girişinə qadağa qoymaq imkanını" nəzərdə tutmalıdır.
Bu cür bəyanatlarına görə, çərşənbə axşamı Vaşinqtonda, ABŞ Maliyyə Nazirliyində çıxış edən Barack Obama gələn ay Respublikaçılardan prezidentliyə namizəd qismində təsdiqlənəcəyi ehtimal olunan şəxsi indiyədək ən şiddətli tərzdə tənqid edib.




