Bill Gates cücə kampaniyasına başlayır

Şəklin mənbəyi, Reuters
Microsoft şirkətinin banisi Bill Gates sub-Sahara Afrikası ölkələrində aclıq problemini aradan qaldırmaq üçün cücə kampaniyasını başladıb.
Milyarder deyir ki, quşların yetişdirilməsi və satılması bəzi ailələr üçün kəskin aclıq problemi ilə mübarizə yolu ola bilər.
O, bu kampaniya start vermək üçün 100 000 cücə bağışlamağı vəd edib.
<link type="page"><caption> Kampaniyanın səhifəsi</caption><url href="https://www.gatesnotes.com/Development/Why-I-Would-Raise-Chickens?WT.mc_id=20160608191716_CoopDreams_BG-TW&WT.tsrc=BGTW&linkId=25350277" platform="highweb"/></link> artıq minlərlə dəfə paylaşılıb.
BMT ehtimal edir ki, sub-Sahara Afrika ölkələrində əhalinin 41 faizi kəskin aclıqdan əziyyət çəkir.
Cənab Gates bildirib ki, cəmi 5 cücə yetişdirən fermer ildə 1000 dollar (1516 AZN) qazana bilər. Aclıq həddi isə ildə 700 dollardır (1061 AZN).
O deyib ki, məqsəd hazırda 5 faiz təşkil edən peyvəndlənmiş cücə yetişdirməyi 30 faizə qaldırmaqdır.
"Cücələr sürətlə artdığından gəlir faizi də artır. Başqa belə bir sərmayə növü yoxdur," New Yorkda kampaniyaya start verən Gates deyib.
Bu kampaniyada o, Heifer International xeyriyyə təşkilatı ilə tərəfdaşlıq edir.
BMT-nin məlumatına görə, dünyada 800 milyon insan kəskin aclıqdan əziyyət çəkir.




