A4 enində bel və ya başqa arıqlama "dəlilikləri"

Şəklin mənbəyi, Other

Beliniz dik tutulmuş A4 kağızının arxasından görünməyəcək qədər incədir?

Çində bir çox insan bellərinin "kağız kimi incə" olduğunu göstərmək üçün sosial şəbəkələrdə fotolar paylaşıb.

Bu fotolardan sonra isə sağlam gözəllik standartları yenidən müzakirə edilməyə başlanılıb.

Lakin tarixdə bu cür qarın və bel incəliyi üçün yarışma "dəliliyi" ilk hal deyil.

Göbək dəliyinə toxunmaq

Ötən il çinlilər sosial mediada "əli belin arxasından keçirməklə göbək dəliyinə toxundurmağı" göstərən fotolar paylaşırdı.

Şəklin mənbəyi, Weibo

Weibo adlanan qısa mesaj platformasında bu cür fotolar çəkib paylaşmaq gənc qızlar arasında məşhur idi.

Nəticədə 2015-ci ilin iyununda Weiboda 130 milyon belə foto paylaşılmışdı.

Tenya diyeti

Arıqlamaqla bağlı digər dəlilik 1900-cü illərdə başlamış "tenya dieti" olub.

Bu diet içinə tenya tırtılı yerləşdirilmiş kapsulu udmaqla gerçəkləşdirilirdi.

Tırtılın bağırsaqlarda böyüyərək qidaları yeyəcəyinə inanılırdı.

Bu üsul insanları arıqlatsa da qusma və ishala da səbəb olurdu, buna görə də riskli hesab edilirdi.

Həmçinin 9 sm böyüyə bilən bu qurd başağrısı, görmə problemi, menengit, epilepsiya və dementiya kimi xəstəliklər yaradırdı.

'Arı beli' korsetləri

19-cu əsrin sonlarında bədəni qum saatı kimi göstərən "arı beli" korsetləri dəbə mindi.

Şəklin mənbəyi, Getty

Lakin bu da daxili orqanlara zərər vermək riskini daşıyırdı. Çünki korset beli 40 santimetrə qədər kiçildə bilirdi.

Sənayə inqilabından sonra da bəzi tərlədərək arıqladan alt paltarları meydana çıxdı, lakin onlar da bədəni nəm saxladıqlarından infeksiya riski daşıyırdı.

Sirkə dieti

İngilis şair Lord Byron diet tutduğu bilinən ilk məşhurlardandır.

Şəklin mənbəyi, Other

1800-cü illərin əvvəllərində o sirkə dietini kəşf etmişdi.

O hər gün sirkə içir və sirkədə saxlanılmış kartoflar yeyirmiş.

Lakin şair buna görə qusma və ishaldan əziyyət çəkirmiş.

Bu dietlə Lord Byron 1806-cı ildə 88 kilo olduğu halda, 5 il sonra 57 kiloya düşmüşdü.