Təhlil: "Paris oldun, Ankara və İstanbul olmadın, indi isə Brüsselsən"

Şəklin mənbəyi, EPA
- Müəllif, Mike Wendling
- Vəzifə, BBC Trending
Sosial media və ənənəvi xəbər mediasında Qərbdə baş verən terror hücumları digər yerlərdəkindən daha çox diqqət çəkirmi? BBC Trending-dən Mike Wendling araşdırır.
Hamı bu ruh düşkünlüyü ilə tanış olub. Hər dəfə terror hücumu olan kimi milyonlar kədərlənir və onlayn şok dalğası yaranır.
Partlayış və hücum xəbəri dərhal belə paylaşılır: şəhərin adı, onun məşhur abidələrinin rəsmlərini, "... üçün dua edin".
Demək olar daha sonra - insanlar küçələrdə və ya xəstəxanada fiziki cəhətdən əziyyət çəkərkən - tez-tez müxtəlif mövzularda - İslam dini, xarici siyasət, miqrasiya, NATO və hətta Avropa İttifaqı - emosional siyasi arqumentlər gəlir.
Belə zamanlarda sosial mediada bir konkret ittiham ondan ibarət olur ki, Qərbi Avropa və Şimali Amerikadan kənarda baş vermiş terror aktları, mütəmadi olaraq həm sosial media istifadəçiləri, həm də ənənəvi xəbər agentlikləri tərəfindən nəzərə alınmır. 2015-ci ilin noyabrında Parisdəki hücumdan sonra, məsələn, BBC-nin saytında ən çox oxunan yazıların biri Keniyada 7 ay öncə vermiş hücum barədə idi. Bir çox insanlar, yuxarıdakı arqumentlərini bu yazı altında paylaşıb.
Və bu cür fikir xətti Brüsseldə çərşənbə axşamı hücumlarından sonra daha da yayılıb. Onlayn xəbər agentlikləri "Niyə STY43143022Brüssel hücumu: daha bir şübhəli yaralı halda saxlanılıbBrüssel hücumu: daha bir şübhəli yaralı halda saxlanılıbOnlardan yeddisi Brüsseldə, ikisi Almaniyada və biri isə Parisdə saxlanılıb.2016-03-25T04:47:17+00:002016-03-25T06:14:54+00:002016-03-25T15:37:35+00:002016-03-25T16:07:42+00:00PUBLISHEDaztopcat2 əhəmiyyətlidir, STY43060751İstanbulda intiharçı hücum: ən azı 4 nəfər ölüb İstanbulda intiharçı hücum: ən azı 4 nəfər ölüb İstanbul şəhərinin mərkəzindəki İstiqlal prospektində baş verən intiharçı partlayış ən azı 4 nəfərin ölümünə bais olub, rəsmilər deyir. 37 adamın xəsarət aldığı bildirilir. 2016-03-19T09:28:45+00:002016-03-19T09:30:34+00:002016-03-19T16:15:09+00:002016-03-20T10:11:41+00:00PUBLISHEDaztopcat2 deyil?" və "Bu Hücumlar Brüsseldən Əvvəl Baş Verib, Amma Yəqin Ki, Siz Onlar Haqqında Eşitməmisiniz" başlıqlı yazılar paylaşıb.
Amma bu, doğrudurmu? Doğurdanmı sosial media və ənənəvi media Türkiyə və Keniya hadisələri zamanı "susmuşdu"?

Şəklin mənbəyi, Other
Sosial mediadan başlayaq:
Çərşənbə axşamı hücumlarından sonrakı günlərdə "Belçika üçün dua et" "Brüssel üçün dua et" həşteqləri təxminən 650,000 dəfə paylaşılıb.
19 martda İstanbuldakı partlayış zamanı isə "Ankara üçün dua et" və "Türkiyə üçün dua et" həşteqləri isə təxminən 400,000 dəfə paylaşılıb.
Brüssel üçün bu həşteqlər, həmçinin ingilis və fransızca 6 milyondan çox paylaşılıb.
Buradan belə nəticə çıxır: Rəqəmlər eyni olmasa da, "sükut" da olmayıb.

Şəklin mənbəyi, Other
Ənənəvi mediada isə vəziyyət çox maraqlı görünür.
Çünki burada ingilis dilindəki məqalələrin axtarışı göstərir ki, Brüssel hücumlarının əhatə dairəsi Türkiyədəki partlayış xəbərlərini üstələyir. BBC Trending-in təxmini hesablanmasına görə, keçən ay Google xəbər indeksində "Brüssel hücum"u təxminən 14 milyon dəfə axtarılsa da, "İstanbul hücumu" bundan 100,000 dəfə azdır. Hətta eyni ölüm sayı olan "Ankara hücumları" ifadəsinin axtarışı cəmi 2 min səhifəni geri qaytarır.
Xəbərlərin belə təhlili heç də mükəmməl olmasa da, ehtimal etmək olar ki, əsasən Avropa və Şimali Amerikada mənzillənən ingilis dilli xəbər redaktorları qərar qəbul edir ki, Brüssel hücumları Türkiyədəki partlayışlardan oxucular üçün daha maraqlıdır.
Sosial medianın xəbər dünyasına çevrilməsinə əlavə şərh lazım deyil - əsasən, bu, doğrudur. Facebook və Twitter biznesi, insanların xəbərləri izləməsini və oxumasını dəyişib. Sosial şəbəkələr diqqətdən kənarda qalmış informasiyaları önə çıxarır, jurnalistləri daha məsuliyyətli edir, yeni xəbər mənbələri və araşdırmalar üçün məkanlar açır.
Amma xəbər qurumları, hələ də redaktorlar və onların gündəlik xəbər seçimlərinə əsasən işləyir. Və görünür, bu qərarlar sosial media istifadəçilərinin maraqlarından çox uzaqdır.




