Miqrant böhranı: Aİ-Türkiyə sövdələşməsi qüvvəyə minib

Miqrantlar Yunanıstan adalarına dənizi yolu ilə gəlib çıxır

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Miqrantlar Yunanıstan adalarına dənizi yolu ilə gəlib çıxır

Avropa İttifaqı ilə Türkiyə arasında miqrant böhranın çözülməsi məqsədilə razılaşdırılmış sövdələşmə rəsmi olaraq qüvvəyə minib.

Sövdələşmənin şərtlərinə görə, Yunanıstana gələn və Aİ-də sığınacaq alınması barədə müraciəti təmin edilməyən miqrantların bundan sonra Türkiyəyə geri göndəriləcəyi gözlənilir.

Sövdələşmənin qüvvəyə minməsi ərəfəsində Yunanıstan adalarına miqrant axını nəzərə çarpan dərəcədə güclənib.

Yunanıstan yeni qaydaları dərhal işə sala bilməyəcəyi barədə xəbərdarlıq edib.

Bazar günü, yeni qaydalar işə düşdükdən sonra könüllülər Yunanıstanın Lesbos adalarına ilk gələn miqrantları qarşılayıblar.

Razılaşdırılmış plana uyğun olaraq Türkiyəyə geri göndərilən hər bir suriyalı miqrantın əvəzinə Türkiyədəki düşərgələrdə məskunlaşmış bir suriyalı qaçqın Aİ-də yerləşdiriləcək.