Miqrant böhranı ilə bağlı Aİ-Türkiyə sammiti keçiriləcək

Sammitin keçiriləcəyi barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib.
Şəklin alt yazısı, Sammitin keçiriləcəyi barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib.

Mart ayının əvvəlində Avropa İttifaqı miqrant böhranı ilə bağlı Türkiyə ilə xüsusi sammit keçirəcək, rəsmilər bildirirlər.

"Aİ-Türkiyə tədbirlər planı bizim üçün prioritetdir”, - Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə keçirilən danışıqlar ardınca deyib.

Miqrantların Türkiyə ərazisində qalması üçün Aİ Ankaraya 3 milyard avro vəsait verəcəyini bildirmişdi.

Miqrantların əsas kütləsi Almaniya və Avstriyaya üz tutur.

Cümə günündən etibarən Avstriya cənub sərhədlərində sığınacaq istəyənlərdən gündə maksimum 80 ərizənin qəbul edilcəyini bildirib.

Sığınacaq barədə ərizələrin sayına məhdudiyyət qoyulması barədə qərarın Aİ qanunvericiliyinə zidd olduğu bildirilir.

2015-ci ildə Avropaya bir milyondan artıq miqrant gəlib.

Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ən kəskin miqrant böhranın yaranmasına səbəb olub.

Türkiyə artıq 3 milyona yaxın miqrantı qəbul edib, onların əksəriyyəti Suriyadandır.