Cənubi Koreya Kaesong kompleksinin su və işığını kəsib

Şəklin mənbəyi, Reuters
Cənubi Koreya Şimali Koreya ərazisində yerləşən sərhədyanı Kaesong texnoloji parkına elektrik enerjisi və su təchizatını kəsib.
Kaesong sənaye kompleksi 2004-cü ildən Şimali və Cənubi koreyalıların birgə çalışdığı azad iqtisadi zona kimi fəaliyyət göstərir.
Pxenyan üçün bu iqtisadi kompleks əsas gəlir mənbələrindən biri sayılır.
Bu ərəfədə Şimali Koreya höküməti texnoloji parkdan 280 Cənubi koreyalı işçini xaric edərək kompleksin ərazisinə bir neçə hərbi bölmə yerləşdirmişdi.
Cənubi Koreya şirkətləri təcili olaraq əməkdaşlarını və avadanlığı Kaesongdan evakuasiya ediblər.
Çərşənbə günü Seul Kaesong texnoloji parkında əməliyyatları dayandırdığını elan edib.
Bu parkın fəaliyyətindən Şimali Koreya ötən il 616 milyard Cənubi Koreya vonu (511 milyon dollar) məbləğində gəlir əldə edib.
Gördüyü tədbirləri Cənubi Koreya, Şimali Koreyada orta mənzilli raketlərin sınaqdan keçirilməsinə cavab olaraq etdiyini bildirib.
Bu arada isə BMT Təhlükəsizlik Şurası Pxenyana qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirir.




