ABŞ seçkiləri: Ted Cruz Iowada Trumpı keçib

Şəklin mənbəyi,
Texas ştatından senator Ted Cruz Iowa ştatında keçirilən partiyadaxili seçkilərdə özünün əsas rəqibi, milyarder Donald Trumpı geridə qoyaraq qələbə qazanıb.
Respublikaçılar arasında üçüncü yerdə isə Florida ştatından senator Marco Rubio dayanıb, onun nəticəsi müşahidəçilərin gözlədiyindən də yaxşı olub.
Demokratlar arasında sabiq ABŞ dövlət katibi Hillary Clinton və özünü demokratik sosialist adlandıran Vermont ştatından senator Bernie Sanders liderlik edir. Onları səslərin bir faizi ayırır.
İlkin nəticələr elan olunduqdan sonra Trump Cruzu təbrik edib və bildirib ki, ikinci yerlə fəxr edir. O, həm də New Hampshire ştatında gələcək partiyadaxili seçkilərdə lider olmağa söz verib.
Marco Rubio bildirib ki, respublikaçılar partiyasındakı parçalanmanı birləşdirməyə qadir olan namizəddir.
Ötən həftə Trump, onun tələbi ilə Fox News telekanalının müzakirələr üçün moderator təyin olunmuş jurnalisti dəyişməkdən imtina etdiyinə görə, Iowada respublikaçıların teledebatlarını <link type="page"><caption> boykot edib</caption><url href="http://www.bbc.com/azeri/international/2016/01/160127_trump_kelly_debate" platform="highweb"/></link>.
Bununla belə, ilkin sorğular Iowada məhz Trumpın qələbəsini müəyyən etmişdi.
