Nigeriya: Boko Haram “məğlubiyyətə yaxındır”

Şəklin mənbəyi, Reuters
Nigeriya hərbiyyəsi islamçı Boko Haram silahlılarını tamamilə məğlub etməyə yaxındır, Prezident Muhammadu Buhari BBC-ə bildirib.
Onun sözlərinə görə, silahlılar artıq təhlükəsizlik qüvvələrinə və ya əhaliyə qarşı hücumlar təşkil edə bilmirlər.
“Məncə biz texniki baxımdan müharibəni udmuşuq,” o deyib.
Prezident Boko Haram-ı məğlub etmək üçün orduya ayın sonunadək vaxt verib.
Qruplaşma altı ildir şimal-şərqi Nigeriyada müqavimət göstərir.
BBC-nin paytaxt Abijadakı müxbiri bildirib ki, Boko Haram nəzarətində olan bəzi şəhərləri itirsə də, bəzi əraziləri hələ də bombalamaqda davam edir.
Tənqidçilər bildirir ki, hökumət silahlılara qarşı əldə etdikləri uğurları şişirtməklə məşğuldur.
Silahlıların indiyə qədər təxminən 17 min insanı öldürdüyü və iki milyondan çox insanı evsiz qoyduğu bildirilir.





