Malala Donald Trumpın çağırışını qınayıb

Malala Yousafzai ABŞ-da prezidentliyə namizəd Donald Trumpın müsəlmanların ABŞ-a daxil olmasına qadağa qoyulmasıyla bağlı fikirlərini qınayıb.
Nobel Mükafatının qalibi deyib ki, onun şərhləri "nifrətlə doludur" və müsəlmanların "terrora görə" günahlandırılması "terrorçuları daha da radikallaşdıracaq".
Malala bu sözləri ötən il Talibanın Pakistanda məktəbə hücumu nəticəsində 150 nəfərin həyatını itirməsinin bir illik yadetmə mərasimində deyib.
2012-ci ildə Taliban Malalanı başından vurub.
Bu gün Pakistanda məktəblər və kolleclər Peşəvar məktəbində hücumu yad etmək üçün bağlanıb.
Donald Trump California ştatında ölümcül atışmadan sonra ölkəyə müsəlmanların gəlməsinə qadağa qoymağa səsləyib. Onun fikirləri Ağ Ev və onun mənsub olduğu respublikaçılar partiyasından bəzi rəqibləri tərəfindən tənqidlə qarşılanıb.

