Pakistan: məktəbə hücumda onlarla adam öldürülüb

Şəklin mənbəyi, Reuters
Pişəvar şəhərində hərbçilərin idarə etdiyi məktəbə Taliban silahlılarının basqını nəticəsində ən azı 126 nəfər öldürülüb, onların əksəriyyəti uşaqdır, yerli rəsmilər bildirir.
Hakimiyyət nümayəndələri məktəbə təhlükəsizlik əməkdaşları forması geyinmiş ən azı 6 silahlının daxil olduğunu deyirlər.
Hadisə yerindən atəş və partlayış səsləri eşidilir. Ordu ərazini mühasirəyə alıb.

Şəklin mənbəyi, Reuters
Hərbiyyə bildirir ki, məktəbdə olan 500 şagirdin əksəriyyəti evakuasiya edilib. Neçə adamın girov götürüldüyü məlum deyil.

Şəklin mənbəyi, Reuters
Taliban sözçüsü deyib ki, hücum ona qarşı həyata keçirilən ordu əməliyyatlarına cavabdır.
Şimali Vəziristan və qonşuluqdakı Heybər bölgəsində ordunun son əməliyyatı nəticəsində yüzlərlə Taliban üzvünün öldürüldüyü bildirilir.

Şəklin mənbəyi, AP
Məktəb işçilərindən biri 6-7 döyüşçünü gördüyünü deyib.
"Onlar atəş açmağa başlayan kimi biz sinif otaqlarına qaçdıq, - Müdassir Avan deyib. - Onlar sinif otaqlarının hamısına girir və uşaqları öldürürdülər".
Bundan əvvəl 20-dən artıq məktəbli və müəllimin Pişəvərdəki hospitala çatdırıldığı bildirilib.




