BlackBerry Android sistemində işləyən ilk smartfonunu buraxıb

BlackBerry şirkətinin yeni mobil telefonuna Priv adı verilib.

Şəklin mənbəyi, noncredit

Şəklin alt yazısı, BlackBerry şirkətinin yeni mobil telefonuna Priv adı verilib.

BlackBerry şirkəti Android əməliyyat sistemində işləyən ilk smarfonunu buraxıb.

Yeni mobil telefona Priv adı verilib.

Şirkət alıcılara Android-də işləyən digər cihazlarla müqayisədə təkmilləşdirilmiş təhlükəsizlik sistemi vəd edir.

Cihazdakı məlumat bazası Blackberry xüsusi kodu ilə qorunur, smartfonun DTEK adlı xüsusi proqramı isə şübhəli tətbiqləri yoxlayır.

Priv smartfonlar üçün qeyri-adi sayılan slayder formatında hazırlanıb.

Cihazın sensor dspleyinin altında klaviatura yerləşir.

Özünün hazırladığı əməliyyat sistemini tətbiq etmək cəhdləri uğursuzluqla nəticələndikdən sonra BlackBerry Android sistemində işləyən cihaz buraxmaq qərarına gəlib.

Smartfon bazarında Blackberry-nin 1%-dən az payı var.

Şirkət bir il ərzində 5 milyon ədəd Priv telefonları satmağı planlaşdırır.

Ötən rüb ərzində Blackberry cəmi 800 min cihaz sata bilib.