Blackberry-nin satılması barədə razılaşma əldə olunub

Blackberry
Şəklin alt yazısı, İlkin razılaşmanın əldə olunduğu barədə məlumat Kanada şirkətinin vebsəhifəsində yerləşdirilib.

Blackberry-də 10 faiz paya malik Fairfax Financial konsorsiumu maliyyə çətinliyi yaşayan mobil telefon istehsalçısının aktivlərinə 4.7 milyard dollar təklif edib.

İlkin razılaşmanın əldə olunduğu barədə məlumat Kanada şirkətinin vebsəhifəsində yerləşdirilib.

Razılaşma noyabrın 4-də yekunlaşmaladır və Blackberry bu müddət ərzində alternativ təkliflərə açıq olduğunu bildirib.

Fairfax şirkətinin icraçı direktoru, kanadalı milyardçı Prem Watsa sazişlə bağlı optimistik bəyanatında deyib ki, razılaşma Blackberry, onun müştəriləri, provayderlər və işçiləri üçün yeni maraqlı “səhifə açağaq ”.

Yeni model

Ötən həftə Blackberry yeni Z30 telefonunu elan edib.

5 inçlik sensor ekrana malik cihaz mütəxəssislər dairələrində yaxşı qarşılanıb.

Lakin bir çox ekspertə görə Z30 yaxşı satılsa belə şirkətin çətin maliyyə vəziyyətindən çıxması üçün güman ki, həlledici təsir göstərməyə qadir deyil.

Blackberry sonuncu hesabat rübündə 1 milyard dollarlıq itki ilə üzləşəcəyini elan edərkən 4.5 min iş yerinin ixtisara salınacağını bildirib.

Cümə günü iş yerlərinin ixtisarı barədə elandan sonra şirkətin səhmlərinin dəyəri 17 faiz aşağı düşüb.