Blackberry smartfonlarının işində yenidən problemlər yaranıb

Şəklin mənbəyi, AP
Blackberry smartfonları istehsalçısı RİM şirkəti bütün xidmətlərin iş ahənginin bərpa olunduğunu bildirəndən cəmi bir neçə saat sonra həcət istifadəçiləri yenidən problemlərlə üzləşdiklərini bildiriblər.
Xəbərlərə görə, Twitter səhifəsi Blackberry istifadəçilərin qəzəbli qeydləri ilə doludur. Blackberry istifadəçiləri SMS və email göndərə bilmədiklərindən şikayət edirlər.
Bundan əvvəlki nasazlıq zamanı Avropa, Yaxın Şərq, və Afrikada olan Blackberry istifadəçiləri elektron poçt və Blackberry Messenger servislərinin işləməməsi ilə əlaqədar elektron məktublar göndərə bilməyiblər.
İndi isə Blackberry smartfonlarının işi ilə bağlı texniki problemlərlə Cənubi Amerikadakı istifadəçilər də qarşılaşmağa başlayıb.
