Nigeria paytaxtında hücum: ən azı 15 adam ölüb

Nigeriya paytaxtı Abucanın kənar rayonlarında baş vermiş iki partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 40-dan artıq adamın xəsarət aldığını xəbər verilir.

Hakimiyyət polis və avtobus dayanacağında baş verən partlayışların intiharçı hücumçu tərəfindən həyata keçirildiyini bildirir.

May ayından bəri Boko Haram hücumlarında 1 mindən artıq adam həlak olub.
Şəklin alt yazısı, May ayından bəri Boko Haram hücumlarında 1 mindən artıq adam həlak olub.

İlk partlayış Quja, ikincisi isə Nyanya rayonunda səslənib.

Ötən il Nyanyada Boko Haram qruplaşmasının hücumları 70-dən artıq adamın ölümünə səbəb olub.

May ayında prezident seçilmiş Məhəmməd Buhari ölkədə xilafət qurmaq məqsədi uğrunda vuruşan cihadçılara qarşı mübarizəni fəallaşdırıb.

Lakin təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları nəticəsində bir çox ərazilərdən geri çəkilmiş Boko Haramdan irəli gələn təhlükə sovuşmayıb.

Prezident Buharinin hakimiyyət başına gəlməsindən bəri qruplaşmanın hücumları nəticəsində 1 mindən artıq adam həyatını itirib.